adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 May 2017 14:19
15840
ELM VƏ TƏHSİL
A- A+

BDU-nun jurnalistika fakültəsinə yeni dekan seçilib

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dekan vəzifəsinə yeni təyinat olub.

Universitetin mətbuat xidmətinin rəhbər Pərvanə ibrahimova bildirib ki, Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu yeni dekan seçilib.

"Bu gün Jurnalistika fakültəsinin müəllimləri iclas keçirdi və Vüqar Zifəroğlu yeni dekan seçildi. Cahangir Məmmədli isə bu günə qədər dekan əvəzi funksiyasını yerinə yetirirdi. Artıq o, yenidən fakültənin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri vəzifəsinə qayıdıb”.

Qeyd edək ki, bundan öncə Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev olub. O, səhhəti ilə əlaqədar vəzifəsindəm imtina edib.