adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 May 2017 12:22
16244
SİYASƏT
A- A+

Türkiyə yeni raketləri sınaqdan keçirib

Bu gün türkiyə hərbçiləri Qara dəniz hövzəsində "Roketsan” şirkətinin istehsalı olan KAAN raket sistemini uğurla sınaqdan keçirib.

Bu barədə Adalet.az "RİA Novosti”-yə istinadən xəbər verir.

Sinop vilayətində keçirilən raket sınaqlarını Türkiyə müdafiə naziri Fikri Işıq və müdafiə sənaye departamentinin rəhbərinin müavini İsmayil Demir də izləyib.

Qeyd edək ki, KAAN raket sistemi İstanbulda keçirilən IDEF-2017 Beynəlxalq Müdafiə Sənaye sərgisində təqdim olunub.