Ən az trafik sərf edən mobil messencer hansıdır?
İtaliyanın "SosTariffe” operatoru ən populyar messencerlər arasında internet trafikinin işlənməsi üzrə statistikanı tədqiq edərək onlardan hansı birinin daha az mobil meqabayt sərf etməsini müəyyənləşdirib.
Ekspertlər tərəfindən testlər 1 saat ərzində "LTE” şəbəkələrindən istifadə edilməklə aparılıb.
Nəticələrdən məlum olub ki, "Telegram” ən az, "Skype” və "Facebook Messenger” isə ən çox trafik sərf edir.
Məlumata görə, sınaqlar üç istifadə rejimi üzrə keçirilib: Kiçik - 20 göndərilən və 20 alınan məlumat, 5 göndərilən və 5 alınan fotoşəkil.
Orta - 40 göndərilən və 40 alınan məlumat, 10 alınan və 5 göndərilən fotoşəkil. Yüksək - 100 göndərilən və 100 alınan məlumat, 50 alınan və 20 göndərilən fotoşəkil.
"WhatsApp” messencerini geridə qoyan "Telegram” 1 saat istifadə üçün 0,42-3,75 meqabayt nəticə ilə ən az mobil trafik sərf etməsi ilə xarakterizə olunur ki, bu da "Facebook” messencerindən 35-40% azdır.
Digər əlavələr saatda 0,65-6,23 meqabayt sərf edən "WhatsApp”dan daha çox trafik sərf edirlər.
"Hangouts” və "Line” servisləri "WhatsApp” ilə müqayisədə trafiki 6-18% çox işlədir.
Lakin aktiv rejimdə "Line” 5,85 meqabayt, "WhatsApp” isə 6,23 meqabayt sərf edib.
"Viber”, "Facebook Messenger” və "Skype” ən çox internet trafiki sərf edənlər sırasında yer alıb. Belə ki, "Viber” saatda 1,56-15,25, "Facebook” və "Skype” isə 2,05-22,22 meqabayt işlədib.
Digər Xəbərlər
17 Aprel 2024 21:00
Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
16 Aprel 2024 18:40Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO
16 Aprel 2024 18:17Azərbaycanda bu provayderlər cərimələndi
16 Aprel 2024 16:01Bakcell böyük dəyişiklər astanasında
15 Aprel 2024 09:56