adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 May 2017 10:53
6476
MƏMLƏKƏT
A- A+

Azərbaycanda meşələrin icarə müddəti artırıldı - 49 il

Azərbaycanda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqların icarəyə verilməsi müddəti artırılıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı "Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nda dəyişiklik edilib.

Hazırda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 10 ilədək verilə bilər.

Yeni qərara əsasən isə, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 49 ilədək verilə bilər.