adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 May 2017 00:22
3709
GÜNDƏM
A- A+

İşığın fəlsəfəsi

Dəqiq bilmirəm- bu vaxta qədər işığın fəsləfəsini tədqiq edən olub, ya yox, ancaq ümid edirəm ki, mənim bu yadasalmamdan sonra mütləq olacaq... Təbii ki, hazırda dəbdə olan fəlsəfəçilik yönümündən yox, əsl filosofik aspektdən. Təəssüf ki, müasir zamanda həqiqi filosofların yetişməsi özü müşkülə çevrilib. Yəni filosofluq da ilahi bir bəsirət, vergi olduğundan, hər kəsə də qismət olmaz. Düşünürəm ki, işığın fəlsəfəsini müəyyən etmək üçün məhz belə vergili insanlar olmalıdır. Axı işıq özü-özlüyündə yaranışın başlanğıcı olduğu kimi, tükənişin də (məhvin) sonudur... Ara məsafədə hansı şəkillərə, formalara düşməsindən, maddi və ya qeyri-maddi anlayışlarda təzahür etməsindən asılı olmayaraq. Tanrı yaradanda onu belə yaratdı. Özündən aldı, qarşıya qoyduğu missiya başa çatandan sonra da özünə qaytaracaq...
Tanrı bütün varlıqları- yaratdıqlarını cüt-cüt, bəzi hallarda isə bu cütllükəri təzadlı, əksilikli yaratdı. İşığı da belə yaratdı: maddi və qeyri-maddi. Maddi gözlə görünən və görünməyən. Enerji yaradan işıq və işıq yaradan enerji. Parlayan və yandıran, yandıran və parlamayan. Əks olunan və yandıran. Əks olunan, lakin yandırmayan və s. bu kimi anlayış- varlıqların sayını kifayət qədər uzatmaq olar. Əsas məqsədim bu deyil. Sadəcə bunları fizika və astrofizika elmində nailiyyət qazandıqdan sonra fəlsəfə elmi ilə məşğul olmağa başlayan idraklı insanlara bir a ç a r i y y ə olaraq təqdim etdim (elmi ictimaiyyətin fikrincə, ən idraklı filosoflar məhz dəqiq elmlərlə məşğul olanlardan yetişir. Bu fikirə çox inanıram. Çünki bu elmlərlə məşğul olanların daxili işığı o qədər parlaq olur ki, bütün varlıqlarını işığa çulğayır. O halda da onların varlığı özü-özlüyündə elə işığın fəlsəfəsinin mahiyyətinə çevrilir. Düşünürəm ki, bu baxımdan təkcə Albert Enşteyni misal göstərsəm kifayət edər).
Qoy onlar işığın- söz, ifadə olaraq, eyni zamanda bir anlayış olaraq; fəlsəfəsini- fəlsəfi mahiyyətini, bu mahiyyətin əsaslarını, bu əsasların törədici amillərini, o cümlədən qeyri-maddi və maddi işıq- enerjilərin ilahi, təbii, bioloji, kimyəvi, fiziki və s. xassə və xüsusiyyətlərini fəlsəfi aspektdən təhlil edərək traktovkalar yaratsınlar...
Doğrusu budur ki, texniki elmlər sahəsində mütəxəssiz olmadığıma görə, elmin bu sahəsi üzrə teoremlər qurub, düsturlar yaradıb, onların elmi- açılış şərhlərini vermək mənim üçün əlçatmazdır. Ona görə də hər hansı sahənin fəlsəfəsinə nəzər yetirərkən çalışıram ki, bu dünyagörüşün həyatiliyini qabardım. Yəni müasir elmi-fəlsəfi yanaşma proqramından yox, xalq fəlsəfəsi nöqteyi-nəzərindən yanaşım. Mənim işıq fəlsəfəm də məhz belə bir təqdimatdır....
Müsahibə və məqalələrimdə dəfələrlə qeyd etmişəm ki, bütün aləmlərin, o cümlədəndə canlıların əsas hərəkətverici qüvvəsi məhz işıqdır ki, qeyri-elmi dildə buna sadəcə ruh deyirik. Məhdud halda isə ruhu ancaq insanlara aid edirik. Yəqin bu da ondan irəli gəlir ki, insanlarda şüur digər canlılardan daha yüksək olur. Daha dəqiq desək, ilahi insanları özünə daha yaxın hesab etdiyindən (bəlkə də hər hansı bir missiyasını həyata keçirmək üçün onlardan istifadə etdiyi üçün) onların şüurunu digər yardılanlardan daha işıqlı etmişdir.
İnsan bədənində olan ruh (işıq) onun həm şüurunun, həm də nəfsinin enerji- qida mənbəyi olmaqla, bütövlükdə insan vücudunun, cisminin hərəkətverici bir qüvvəsidir. (Bu qeyd etdiklərimin geniş şərhini bu vaxta qədər çap olunan yazılarımda ətraflı şərh etmişəm. Hətta məqaləmin nəşrindən 7-8 il sonra Avropa Elm Mərkəzinin alimləri də şüurun beyindən kənarda olduğunu kəşf etdiklərini bəyan etdilər. Lakin harada yerləşdiyini demədilər. Mən isə hər şeyi tam dəqiqliklə demişdim...) Bir sözlə, ruh insanın həyat enerjisi- işığıdır...
Tanrı isə özünə daha yaxın bildiyi - seçdiyi insanların ruh -işığını digərlərindən xeyli artıq edir. Bu insanlar isə Tanrıdan qəbul etdikləri həmin işığın köməyi ilə qəlblərini, şüurlarını, mənəviyyatlarını, bütövlükdə isə bütün varlıqlarını elə işıqlandırırlar ki, bu işığın şöləsi onların əməlində, işində ecazkar bir xaruqə ilə bərq vurur...
Belə insanların daxili işığı bəzən o qədər güclü olur ki, kənardan baxanlar bunu artıq cismani gözlə də onların üzündə, çöhrəsində sezib görə bilirlər. Ona görə də xalq arasında bu cür nadir insanlar haqqında belə bir ifadə işlənir: "Filankəs çox nurlu insandır. Filankəsin üzündə Tanrı işığı var. Filankəsin üzündən nur tökülür. Filankəs çox işığlı adamdır" və s.
Maraqlıdır ki, belə insanların əməlində xalqın, cəmiyyətin əleyhinə heç vaxt xoşagəlməzlik müşahidə olunmaz...
Buna görə də düşünürəm ki, işığın fəsləfəsi o zaman həqiqi mahiyyətini tapır ki, ilahi nurla, bio-işıq və maddi şəfəqlər insan vücudunda, varlığında birləşib enerjilər üçbucağını- piramidasını yaradır...
Mənim uzun illərdən bəri -minilliklərdən bəri yaxından tanıdığım belə bir insan var ki, vəzifə borcu bəzən ondan tələb etsə belə, bio-fizoloji varlığına qüdrət verən bu üçbucaq- piramida ona Tanrıdan bəxş edilən ədalət-mizan tərəzisinin əyilməsinə heç zaman imkan vermir... O, mənim üçün çox-çox dəyərli olan ali insan Hacıbala müəllimdir- Hacıbala Abutalıbov...
Bu Tanrı işıqlı insanın fəsli-bahar səhərində günəş işığı ilə çulğaşdığı bir günü də var- On üç may günü...
İşıq günün mübarək olsun, əziz qardaşım!!!...

Binnət Hümbətoğlu