adalet.az header logo
  • Bakı 19°C
12 May 2017 22:39
24184
MARAQLI
A- A+

Qeyb olan çimərlik yenidən peyda olub

Təəccüblü təbiət hadisəsi İrlandiyanın qərb sahillərində yerləşən Akill adasında baş verib.

Adalet.az xəbər verir ki, 30 il əvvəl Atlantika dərinliklərində yoxa çıxmış çimərlik bir anda əvvəlki yerində, Duax kəndində peyda olub.

1984-cü ildə çimərlik güclü fırtına səbəbindən Atlantik dənizinin dərinliklərində itmişdi. Çimərlikdən geriyə sadəcə qum və daşlar qalmışdı. Lakin bu ilin aprel ayında Duax kəndinin sakinləri 30 il əvvəl qurumuş çimərliyin əvvəlki vəziyyətinə qayıtdığının şahidi olublar. Çimərlik təxminən 300 metrlik ərazini əhatə edir.

Akil adası eyni zamanda turistik məkan hesab olunur. Duax kəndi yaxınlığında qeyb olmuş çimərlikdən sonra adaya turist axını olduqca zəifləmişdi. Çimərliyin yenidən öz yerinə qayıtması kənd sakinlərini ikiqat sevindirib. Yay mövsümündə adaya istirahət etməyə gələn turistlər yerli sənayenin inkişafına müsbət təsir göstərir.

Ötən əsrin 50-60-cı illərində ədəbiyyatçı, "Nobel" mükafatı laureatçısı Henrix Böll bu adada yaşamışdır.