adalet.az header logo
  • Bakı 13°C
11 May 2017 21:30
5990
DÜNYA
A- A+

Atatürkü təhqir edənlərin cəzası bəlli oldu

İstanbul Bakırköy Baş Prokurorluğu Mustafa Kamal Atatürkü təhqir edən Süleyman Yaşılyurd və Həsən Akar barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.

Adalet.az xəbər verir ki, sözügedən şəxslər "Atatürkün xatirəsini təhqir etmə” və "Xalqı kin və düşmənçiliyə sövq etmə” maddələri ilə təqsirli bilinib.

Qərardan sonra polis Yaşılyurd və Akarın qaldığı ünvanlara getsə də, həmin şəxslər orada olmayıblar.

Xatırladaq ki, özünü dindar adlandıran bu şəxslər canlı efirlərin birində Atatürkün və onun mənəvi qızı hesab edilan Afət İnanın ünvanına təhqirlər yağdırmışdılar.