adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 May 2017 18:44
17342
ELM VƏ TƏHSİL
A- A+

Orta məktəbi başa vurmaq üçün 412 nəfər imtahan verdi

Bu gün əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatına görə, Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə keçirilən eksternat imtahanında 412 nəfər iştirak edib.

Eksternlər hərəsində 10 sual olmaqla 5 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər.

Eksternat imtahanları mayın 12-si və 13-də digər fənnlər üzrə davam edəcək.

Məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək.

Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.