adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 May 2017 16:05
8333
DÜNYA
A- A+

Türkiyə möhtəşəm raketini sınaqdan keçirdi

Türkiyə öz istehsalı olan raketin sınağını keçirib.

Adalet.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Müdafiə naziri Fikri İşıq söyləyib.

Nazir "Bora” adlı raketin sınağının Sinopda keçirildiyini bildirib.

Qeyd edək ki, Bora raketinin hazırlanmasına 2009-cu ildən başlanılıb. Raketin ağırlığı 2500 kiloqramdır. Onun maksimum məsafədə yerləşən hədəfdən yayınma ehtimalının 45-50 metr olduğu bildirilir. Raketin nə qədər məsafədəki hədəfləri məhv etmə gücündə olduğu bilinmir. Bəzi mənbələr bunun 300 kilometr, digərləri isə 500 kilometrdən yuxarı olduğunu deyirlər.