adalet.az header logo
  • Bakı 20°C
11 May 2017 16:14
23197
KRİMİNAL
A- A+

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Adalet.az-ın məlumatına görə, 1950-ci ildə Ağstafa rayonunda anadan olmuş Ramiz İsmayılov cinayəti bilib gizlətməkdə təqsirləndirilir.

R.İsmayılov istintaqdan yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib və axtarış elan edib.

Həmin qərar əsasında da İnterpol onun barəsində beynəlxalq axtarış elan edib.