Qaxda 40 yaşlı kişini ilan sancıb
Qaxda qoyun otaran 40 yaşlı kişini ilan sancıb.
Adalet.az xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, çərşənbə günü saat 17 radələrində əslən Kəlbəcər rayonundan olan, hazırda Qaxın Almalı kəndində yaşayan 1977-ci il təvəllüdlü Yaşar Hüseyn oğlu Həşimov ilan sancma xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.
Müayinə zamanı məlum olub ki, 40 yaşlı Yaşar Həşimov kənddə qoyun otaran zaman ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb.
Yaşar Həşimova lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.
Yaşar Həşimovun vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.
Digər Xəbərlər
23 Aprel 2024 18:41
Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı - FOTO
23 Aprel 2024 11:35Məktəblilərə tütün məmulatları satanlar cərimələndi
23 Aprel 2024 09:54Azərbaycanda zəlzələ oldu
21 Aprel 2024 12:57Qubadlıda top mərmiləri aşkar edildi
20 Aprel 2024 10:51