Azərbaycan “Yalquzaq”ı dünyaya ixrac edəcək
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi "Yalquzaq” snayper tüfənginin ixracına başlayır.
Adalet.az-ın məlumatına görə, bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, bir neçə xarici ölkədən "Yalquzaq” tüfəngi üçün böyük həcmli sifarişlər alınıb. Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir.
Y.Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini qeyd edib.
Nazir bildirib ki, "Yalquzaq” texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir. Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan "Yalquzaq” tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16