adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2017 09:33
9804
DÜNYA
A- A+

Toy mərasimində qanlı hadisə: Ölənlər var

Hindistanda tikilinin divarının uçması nəticəsində 23 nəfər ölüb, 28 nəfər xəsarət alıb.

Adalet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Racastxan ştatının Bharatpur rayonunda toy məclisində qeydə alınıb.

İlkin məlumata əsasən, uçquna qəflətən başlayan qum fırtınası səbəb olub. Hadisə nəticəsində 11 kişi, 8 qadın və 4 uşaq ölüb. Xəsarət alan 28 nəfərin vəziyyəti barədə məlumat verilmir. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hadisə yerində xilasedici əməliyyat davam edir.