adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 May 2017 22:30
16003
ŞOU-BİZNES
A- A+

Məşhur aktrisa evində ölü tapıldı

Məşhur aktrisa Meri Tsoni ilə bağlı üzücü xəbər yayılıb.

Yunanıstan müstəqil kinosunun qabaqcıl rejissorlarından Yorqos Lanthimosun Oskar-a namizədi filmi "Dogtooth"un baş rol ifaçısı Meri Tsoni evində ölü tapılıb.

Yunanıstan mətbuatına əks olunan xəbərlərdə 30 yaşlı aktrisanın bir müddətdir depressiyada olduğu və psixoloji müalicə aldığı deyilir.

Qeyd edək ki, Tsoni, Angeliki Papoulia ilə birlikdə "Sarayevo" Film Festivalında "Ən Yaxşı Xarici Qadın Aktrisa" mükafatını qazanmışdı. Tsoni Yunanıstanın ən məşhur qadın aktrisalarından idi.