adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 May 2017 19:24
21780
MƏDƏNİYYƏT
A- A+

“Hoqqa” filmi Moskavada nümayiş olundu

Mayın 6-da Rusiyanın Moskva şəhərində "Hoqqa” filminin qala gecəsi keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə aktrisa Dilarə Əliyeva məlumat verib. Aktrisa bildirib ki, qaladan əvvəl yerli informasiya agentliklərinin iştirakı ilə mətbuat konfransı keçirilib:

"Mətbuat konfransından sonra "Hoqqa” filminin yaradıcı heyəti ilə tamaşaçıların görüşü baş tutdu. Görüşdə mənimlə yanaşı layihə rəhbəri Oqtay Əliyev, filminin baş prodüseri, ssenarist Fariz Əliyev, həmçinin Vüsal Murtuzəliyev iştirak edib. Daha sonra isə filmin nümayişi oldu, tamaşaçılar filmi böyük rəğbətlə qarşıladı”.

Sevilən aktrisa "Hoqqa”nın Moskvada nümayişi keçirilən ilk Azərbaycan kommersiya filmi olduğunu xüsusi vurğulayıb:

"Filmin Moskvada nümayişi Azərbaycan Rusiyadakı səfiliyi, eyni zamanda Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilib. Yaradıcı heyət adından xüsusilə Vüqar müəllimə və AMİİF-nun katibi Şamil Tağıya dərin təşəkkürümü bildirirəm".

O, ölkəmizin Rusiyadakı səfiri Poldad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə və yaradıcı insanlara hər zaman dəstək olmasının sevindirici hal olduğunu deyib.

Moskvadan çox gözəl təəssüatalarla qayıtdığını söyləyən D.Əliyeva nümayişdən sonra filmdəki bir çox reprikaların tamaşaçıların dilinə düşdüyünü də ifadə edib:

"Orada yaşayan həmyerlilərimiz çox sevinmişdi, qayıtqdan sonra mənə qala ilə bağlı "Nə yaxşı ki, gəldiniz”, "Özümüzü vətəndə hiss etdik” və bu kimi çoxsaylı mesajlar yazılmışdı. Moskvada yaşayan azərbaycanlılar onları yada saldığımız üçün çox şad olduqlarını bildirdilər. Necə deyərlər qərib diyarda yaşayan həmyerlilərimizin könlünü və zövqünü xoş edib geri qayıtdıq. Filmin baxışı isə Moskvada davam edəcək. Yeri gəlmişkən onu da qeyd edim ki, prokat şirkətləri "Hoqqa" filminin azərbaycanlıların daha çox yaşadığı ərazilərdə nümayiş olunması üçün bizimlə müqavilə imzaladı”.

D.Əliyeva Moskvada keçirilən qalada filmin baş rol ifaçısı və tərəf müqabili Elməddin Cəfərovun iştirak etməməsini aktyorun gərgin qrafiki izah edib: "Təəssüf ki, Elməddin Cəfərov çəkilişləri ilə bağlı qrafiki uyğun gəlmədi və qalada iştirak edə bilmədi”.