adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 May 2017 16:24
100344
MÜSAHİBƏ
A- A+

Qətibə Əsədova: “4 ildə dörd dəfə o otaqda oturmamışam”

Ötən günlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsinə səfərim zamanı təsadüfən yolum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznindəki Müharibə və əmək əlilləri üçün pansionatın önündən düşdü. Bağlı qapı arxasından böyük maraqla pansionatda yaradılan şəraiti izlədim. Burada sakinlərin asudə vaxtlarının təşkili üçün yaradılan şərait, pansionatın girişində olan səliqə-sanman və görünən gözəlliklər buradan reportaj hazırlamaq üçün ciddi zəmin yaratdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyimiz müraciətə isə müsbət cavab verildi.

İlk öncə onu qeyd edim ki, girişdə səsszilik, təmizlik və yuxarıda qeyd etdiyim kimi buranın daimi sakinləri üçün yaradılan şərait göz oxşayırdı. Pansionatın direktoru Qətibə Əsədova ilə görüşmək üçün müəyyən yolu qət edərkən sakinlərin simasında olan razılıq hər şeydən xəbər verirdi. Qətibə xanımın otağını soruşanda eşitdiyim səmimi cavabları isə onu deməyə əsas verirdi ki, buranın sakinləri Qətibə Əsədovadan razıdırlar. Bu mənim jurnalist fikrim deyil, Qətibə Əsədova isə söhbətin nəticəsidir.

-Qətibə xanım. Rəhbərlik etdiyiniz pansionatın nə qədər sakini var?

-Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznindəki Müharibə və əmək əlilləri üçün pansionatın 245 nəfər sakini var. Onlar Nazirliyin göstərişi ilə bizim pansionata qəbul olaraq burda yaşayırlar. Onların 113 nəfərini kişi, 132 nəfərini isə qadınlar təşkil edir.

- Pansionata qəbulun şərtləri necədir?

- Buraya əsas yaş həddi 63 olanlar qəbul edilir. Qəbul olunnlar arasında isə həyat yoldaşı rəhmətə gedib övladı olmayanlar, övladları tərəfindən tərk edilənlər burda üstünlük təşkil edir.

- Onların burda şəratiləri necədi?


- Burada hərəsi bir otaqla təmin edilib. Bütün kommunal xərcləri, yemək və geyimləri dövlət tərəfindən ödənilir.

- Onlardan eləsi olubmu ki, bir müddət qaldıqdan sonra buranı tərk etsin?

- Təbii ki, olub. Ölvadları peşmançılıq çəkib valideynlərini gəlib aparıblar.

- Müassisə daxilində asudə vaxtın təşkili ilə bağlı hansı addımlar atılır?

- Sakinlər asudə vaxtlarında pansionatımızdakı gözəl parkda dincəlirlər, nərd, domino oynayırlar. Bununla yanaşı sakinlərimiz üçün konsert proqramları təşkil edirik. Cənab prezidentin tapşırığı ilə onlar üçün səyyar tibbi müayinələr təşkil olunur. Əl qabiliyyəti olan istedadlı ahıllarımız var ki, istifadəyə yararsız əşyalardan çox maraqlı fiqurlar düzəldirlər.

- Gigiyenik qayadlara necə əməl olunur?

- Xüsusi camaşırxanamız var ki, həftədə bir dəfə onların həm geyim, həm yataq dəstləri yuyulub-ütülənərək özlərinə təhvil verilir.


- Beynəlxalq təcrübənin tətəbiqi ilə bağlı hər hansı addımlar atılırmı?

- Bu yaxınlarda Avstriyadan gəlmiş nümayəndələr üç gün seminar keçirdilər. Onlar bizim pansionatda gələrək burdakı şəraitlə ilə tanış oldular və məmnun qaldıqlarını bildirdilər. Burdakı iş təcrübəmizin öyrənilməsi ilə bağlı razılığımızı da aldılar. Onlar üçün konsert proqrammı təşkil olundu. Ahıllarımız öz əl işlərini onlara hədiyyə etdi. Bundan başqa Maldovadan qonaqlarımız oldu. Onların gəlişinə həmin gün menyumuza Maldova yeməklərini əlavə etdik. Onlar milli geyimləri və bayraqları ilə qarşılandı.

- Dediniz ki, buranın 245 nəfər sakini var. Onların hər birini şəxsən tanıyırsınızmı?

- Əlbəttə.


- Təmasda olursunuzmu onlarla?

- Digər binada iş otağım var. Amma 4 ildə dörd dəfə o otaqda oturmamışam. Daima onlarla bir yerdəyəm, onların problemləri, çətinlikləri ilə maraqlanıram. Əlimdən gələn köməklikləri əsirgəmirəm.

- Problemləriniz nə ilə bağlıdır?

- Ciddi problemimiz yoxdur. Yüksək səviyyədə təşkil olunmuş pansionatdı. Burdakı ahılların bütün təminatı var.

- Sakinlərin Qidalanma səviyyəsi və ərzaqların təminatı necə təşkil olunur?

- Qidalanma pansionatda gündə üç dəfədir. Səhər yağ, pendir və südlü sıyıqla, yumurta ilə qidalanırlar. Hər nəfərə gün ərzində 500 qram çörək verilir. Naharda isə mütləq ətli yeməkləri verilir.

- Bəs iş saatı başa çatıqdan sonra burda prosedur necə olur?

- Mən həyatımı bura bağlamışam. Yorulmağıma baxmayaraq onlarla birlikdə, olanda dincəlirəm.

- Dövlətdən gözləntiniz varmı?

- Cənab Prezidentimiz İlham Əliyev tərəfindən «Əməkdar müəllimə» adı ilə, iki il öncə isə «Tərəqqi» medalı ilə təltif edilmişəm. Uşaqlarla işlədiyim dövrdə Uşaq Fondu tərəfindən «Uşaqların dostu» medalına layiq görülmüşəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm.

- Necə oldu ki, məhz bu sahəni seçdiniz?

- Uşaq bağçasında müdir işlədiyim dövrlərdə iş təcrübəm Respublika səviyyəsində yayılmışdı. Hətta Sovetlər dövründə Moskvadan yayımlanan «Zaman» xəbərlər proqramında mənim təcrübəmlə bağlı reportaj da hazırlanıb təqdim edilmişdi. Bundan sonra «Qabaqcıl maarif xadimi» mükafatı ilə təltif olundum. İstedadlı uşaqları elmə, musiqiyə yönəldirdim. 1 iyun Uşaqların Müdafiə günü ilə bağlı olan müsabiqələrdə bizim bağça heç vaxt əliboş geri qayıtmırdı, həmişə mükafatlara layiq görülürdü. Bağça müdiri işlədiyim dövrdə Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sabiq sədri Zəhra Quliyeva dedi ki, qadınların II qurultayına hazırlıq konfransı keçiriləcək və həmin konfransı sən aparmalı oalcaq. Sumqayıt şəhər Kimyaçılar Sarayında 280 nəfərdən ibarət uşaq bağçasının uşaqları və kollektivi ilə bu konfransı təşkil etdik. Konfransdan sonra uşaqlar musiqi və rəqs nömrələri ilə çıxış etdilər. Rəngli kağızlardan onlar üçün paltar tikidirmişdik. Həmin tədbirdə Təhsil Nazirliyindən, Ailə, Qadın və Uşaq Problemləri Komitəsindən nümayəndələr iştirak etdilər. Zəhra xanım mənə Xəzər rayonunun, Mərdəkan qəsəbəsinin Şağan kəndindəki xəstə uşaq internat evində işləmək təklifi verdi. Mən də fikirləşmədən onun təklifini qəbul etdim. Orda vəziyyət çox acınacaqlı idi. Azərbaycanın I xanımı Mehriban Əliyevaya müraciət etdim. Bu müraciətdən sonra bu internat evi yenidən təmir edildi. Uşaqların şəraiti yaxşılaşdırıldı. Hətta Mehriban xanım özü də bu internatın açılışında iştirak etdi. Abşeron rayon uşaq internat məktəbində bir müddət işlədikdən sonra Göygöl rayon Qırıxlı kəndində yerləşən qızlar üçün internat evinə işləməyə dəvət aldım. Orda da vəziyyət çox acınacaqlı idi. Cənab nazir Səlim Müslümovun köməkliyi ilə maliyyə yardımı ayrıldıqdan sonra ora su çəkildi. Qızların məşğuliyyəti üçün dərnəklər təşkil edildi. 2014-cü ildən cənab nazirimizin göstərişi ilə Qocalar evinə təyinat aldım.

- İşçi kontingeti hansı səviyyədədi?

- Hələ ki, 57 nəfər işçi qüvvəmiz var. Binamız tikilib yeni təhvil verilib. Gözləyirik ki, Maliyyə Nazirliyi ştat verdikdən sonra əlavə işçi qüvvəsi ilə təmin olunacağıq. İndii bizdə 1 nəfər işçiyə 15-20 nəfər düşür. Mən xarici ölkələrdə Almaniyada, Türkiyədə olmuşam. Oranın pansionatlarında isə 1 nəfər işçi 3-4 nəfərə xidmət edir. Bizdə isə çətində. Nazirimiz də bundan xəbərdardır. Artıq bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bu məsələ öz müsbət həllini tapacaq.


Ədil Ədilzadə