adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
10 May 2017 18:06
20519
İQTİSADİYYAT
A- A+

TAP-ın tikintisi müvəqqəti dayandırıldı

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ərazisində tikinti işləri 1 ay müddətinə dayandırılıb.

Adalet.az-ın məlumatına görə, bu barədə konsorsiumun saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Məlumatda tikinti işlərinin dayandırılmasının səbəbi kimi layihənin Albaniyadan keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanması göstərilir.

Qalıqların Korçe vilayətinin Turan kəndi ərazisində tapıldığı bildirilir. Tapılan əşyaların eramızdan əvvəl X-IX əsrlərə məxsus olduğu qeyd olunur.