adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 May 2017 14:32
31813
ƏDƏBİYYAT
A- A+

Azərbaycanın ən böyük kitab evi istifadəyə verildi - FOTOLAR

Bakıda Azərbaycanın ən böyük kitab mağazasının açılışı oldu.

Adalet.az xəbər verir ki, kitab təbliğat mərkəzi kimi fəaliyyət göstərən "Azərkitab” təkcə kitab satışı deyil, kitab təqdimatları, imza günləri, yubileylər, ziyalılarla, tanınmış yazıçılarla, gənc yazarlarla görüş də nəzərdə tutulub.

Açılış mərasiminə millət vəkilləri, yazarlar, tannmış sənət nümyəndələri və oxucular qatılıb. Mərkəz artıq sabahdan sistemli şəkildə fəaliyyətə başlayacaq.

Mərkəzdə tədbir üçün nəzərdə tutulmuş otaqlar, akt zalı, müxtəlif kitabların yerləşdiyi "Book cafe” bölməsi, uşaqlar üçün "Nağıl otağı” açılıb.

Yaxın günlərdə mərkəzin saytı da fəaliyyət göstərəcək. Eyni zamanda oxucular sosial şəbəkələrdən də mərkəzin fəaliyyətindən xəbər tuta biləcəklər. Mərkəzdə satışda olan bütün növ kitabların internet üzərindən "online” satışı reallaşdırılacaq, oxucuların sifarişləri qəbul olunacaq.

"Azərkitab” hazırda ölkədə fəaliyyət göstərən bütün nəşriyyatlarla və tanınmış müəlliflərlə əməkdaşlıq müqavilələri bağlayıb. Mərkəzdə yalnız Azərbaycanda nəşr olunan kitablar deyil, Rusiya, Türkiyə və digər ölkələrdə çap olunan kitabların da oxuculara çatdırılması nəzərdə tutulub.

Layihənin rəhbəri Sabir Hüseynovun sözlərinə görə, "Azərkitab” Kitab Təbliğatı Mərkəzi tərcümə kitablarına da xüsusi diqqət göstərəcək, keyfiyyətli tərcümələrlə oxucuların qarşısına çıxacaq. Bölgələrin kitabla təmin olunması üçün fəaliyyətə başlanılacaq: "Bölgələr bizim ağrılı yerimizdir. Rayonlara kitabların çatdırılması diqqətimizdədir. Bizim kitablarımızda ƏDV olmayacaq. Ancaq nəşriyyatların öz ƏDV-si var. Biz bu məsələnin həlli yollarını da axtarırıq”.