adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 May 2017 22:41
39226
ƏDƏBİYYAT
A- A+

Kitablar haqqında indiyə qədər bilmədikləriniz

Kitablar çantamızda, həyatımızda, kitabxanamızda... Tarixin ən qədim dövrlərindən bəri həyatımızda olan kitablar sevdiyimiz adamlar kimi ömürümüzə də işıq saçırlar. Oxuduğumuz əsərlər zaman keçdikcə yaddaşımızda kök salırlar.

Həyatımızda bu qədər yer etmiş olmalarına rəğmən kitablar və ya onların özəlliklərini nə qədər bilirsiniz? Bu bilgi aclığını sonlandırmağa gəldik! Hazırsınızsa, başlayırıq.


Dünyanın ən çox kitab oğurlayan adamı


Stivel Blumberq adlı bu adam həyatı boyu 268 kitabxanadan 23.000 qədər kitab oğurlamışdır. Oğurladığı kitablar da sıradan, məzmunsuz kitablar olmamışdır. İçində nadir tapılan kitablar da mövcuddur. Bu səbəblə də kolleksiyasının dəyəri 20 milyon dollar civarındadır. Əlavə edək ki, kitab oğurluğu xəstəliyinə bileokliptoman deyilir.


Tarixin ən köhnə yemək kitabı


Dünyanın ən köhnə kitabı olaraq bilinən əsər Hammurabi dövründə, yəni miladdan əvvəl 1.700-cü illərdə yazılmışdır.


Dünyanın ən kiçik kitabı


Gözlə görmək çətindir. Yaponiyada nəşr olunan bu kitab 0.74x0.75 ölçüsündədir və dünyanın ən kiçik kitabı hesab olunur. Kitabın adı"Shiki no Kusabana”dır ("Mövsüm çiçəkləri”) və 22 səhifədən ibarətdir. Kitab 0.01 millimetr yazı ölçüsü ilə yazılmış çiçək illüstrasiyalarından ibarətdir.

Makina ilə yazılan ilk kitab "Tom Savyer”dir.


Mark Tven öz avtobiyoqrafiyasında yazır ki, makinada ilk dəfə kitab hazırlayan adam özüdür. Araşdırmalar zamanı Mark Tvenin sözü doğru olub. Məhz "Tom Savyer” əsəri ilk dəfə makinada yazılan əsərdir.


Dünyanın ən uzun cümləsi


İndiyə qədər çap edilmiş ən uzun cümlə Viktor Hüqonun "Səfillər” kitabındadır və tam olaraq 823 sözdən ibarətdir.

Cümlə kitabın 3-cü bölməsində yer alır və 3 səhifə davam edir.


Haqqında 10 mindən çox kitab yazılıb.


Haqqında ən çox kitab yazılan qəhrəmanlardan biri Napoleondur. Bu günə qədər görkəmli sərkərdə haqqında 10 mindən artıq müxtəlif kitablar yazılıb. Napoleon isə sürətli oxu tərzi ilə kitablara böyük maraq göstərib və o bir dəqiqə ərzində iki min söz oxuyurmuş.


Dünyanın ən çox oxunan kitabı


İncil dünyanın ən çox oxunan kitabıdır. Ginnesin Rekordlar kitabında yer alan təxmini məlumata görə kitab 5 milyard nüsxə çap olunub. "Dünya İncil Cəmiyyəti”nə görə hər il o siyahıya 20 milyon İncil nəşri əlavə olunur. Kitab 2500-dən artıq dilə tərcümə olunub. Bu özü də bir rekorddur.