adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 May 2017 13:45
14363
İDMAN
A- A+

«TURAN» KƏNARDA QALDI

Gözəl ənənəsi, keçmişi və bu günü olan Tovuzun «Turan» komandası birinci divizyonda çempion olsa da yüksək liqaya çıxa bilmədi. Səbəb də təbii ki, maddi məsələdi. Yəni «Turan» yüksək liqada oynamaq üçün qoyulan şərtlərə əməl etmək gücündə deyil. Çox təəssüf. Lap çox təəssüf.

Mən «Olmayan Ağdam və olan Tovuz» adlı bir yazı yazmışdım, çoxları mənim yazıdakı fikirlərimi dəstəkləsələr də qınayanlar da olmuşdu. Hətta biri yazmışdı ki, komandanı konfet kağızıyla saxlamaq olmaz, pul lazımdır. Guya mən bilmirəm ki, konfet kağızı nədi, pul nədi.

Doğrudanmı Tovuzun iş adamları bir çay süfrəsi arxasında oturub bu məsələni həll edə bilməzdilər? Edə bilərdilər, təəssüf ki, etmədilər.

Sonda. Komandanın hörmətli rəhbərliyi! Klubun adını belə yazırsız: «Turan-Tovuz». Ordan «Tovuz» sözünü çıxarın, bütün Azərbaycan bilir ki, «Turan» Tovuzun komandasıdı. Necə ki vaxtilə «Qarabağ» komandasının adını rəsmi olaraq «Qarabağ-Azərsun» yazırdılar, sonra ictimaiyyət bunu qınadı, «Azərsun» sözünü çıxartdılar.