adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 May 2017 12:25
31519
ŞOU-BİZNES
A- A+

“Maşın Şou”nun yayımlanacağı vaxt və kanal bilindi

"M Group Production” rəsmi olaraq məlumat verir ki, "Maşın Şou” may ayının 28-dən etibarən ATV kanalında yayımlanacaq.

Adalet.az xəbər verir ki, MGP-nin mətbuat katibi Kubra Məhərrəmovanın baku.ws-ə verdiyi məlumata görə, hər zaman olduğu kimi, avtomobilin ətrafında 18 ulduz iştirakçı toplaşacaq.

Şounu Azərbaycanın Əməkdar artisti Murad Dadaşov aparacaq. Tamaşaçılar hər axşam canlı olaraq saat 22:00-da həyəcan dolu efiri izləyə biləcək, sevdikləri ulduzlara dəstək olacaqlar.

Yenə də intriqa, qruplaşmaların amansız mübarizəsi gündəmi ələ alacaq.

"Maşın Şou”nun 14-cü sürəti tezliklə hamını bürüyəcək!