adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Səhra səfəri

MƏMMƏD DƏMİRÇİOĞLU
31308 | 2013-03-02 10:32
2-ci hekayət
                        
Möhtərəm oxucularımızla ikinci görüşündə Cavanşir Musayev öz kəramətləriylə bağlı maraqlı əhvalatların ikinci hissəsini təqdim edəcəkdir. Aydınlıq üçün bir daha qısaca arayış verməyi gərəkli bilib qeyd edək ki, Cavanşir Musayev İncə köyünün Qaymaqlı kəndindəndir. Ulu kökə, soya bağlı olan Cavanşir müəllimin babası Molla Mustafa Əfəndi Türkiyədə ruhanilik təhsili almış, dövrünün ən imanı kamil din xadimlərindən biri olmuşdur. Bu baxımdan Cavanşir Musayevə əta olunmuş bu kəramətlər heç də təsadüfi deyil və ümidvaram ki, hörmətli oxucular onun səmimiyyətinə inanacaqlar.     


Hissiyatımla əlaqədar rastlaşdığım qeyri-adi hadisələr
                    II - hissə

Bir  gün minik maşınımla  rəhmətlik dayım Qələndər və ailə üzvlərim Bakı  şəhərindən  gəlirdik. Qaradağ zonasında  avtomaşının mühərrik hissəsində güclü səs yaranaraq söndü. Çox  güclü külək əsirdi. Birtəhər maşından düşüb mühərrik hissəsinə nəzər yetirəndə gördük ki, tramyorun qapaq  hissəsi dağılmışdır. Maşına əyləşib bir xeyli söhbət etmişdik ki, dayım dedi ki, nə vaxta qədər  gözləyəcəksən düş bir maşına əyləş, qapağı al gətir. Mən dedim ki, qoy külək kəssin gedərəm. O, acıqlanıb,  bəlkə külək iki gün kəsməyəcək, biz burada gözləyəcəyikmi?-dedi. Mən bildirdim ki, ay dayı, hirslənmə qoy  söhbətimizi edək bəlkə elə bura gətirib verəcəklər. O mənim inamımdam xəbərdar olduğu üçün, səndə elə deyirsən ki, bəlkə Allah-Təala işini gücünü buraxıb səninlə məşğul olacaqdır, - dedi.
Mən maşından düşdüm və gələn birinci jiquli markalı maşına əl qaldırdım, rus millətindən olan sürücü nə olub soruşdu? Bildirdim ki, filan hissə xarab olub mənə köməklik et, gedək onu alaq. O maşının saxlanc yerindən qapağı çıxardıb təmənnasız mənə verdi və sağollaşıb yoluna davam  etdi. Mən dayıma -  gördünmü gətirib verdilər, mənimlə hesablaşmaq lazımdır, - dedim və yola düzəldik.
Allah hamının işini düzəltsin.

***
Bir gün bir qohumumla nərd oynayırdıq. O məni o qədər  acıqlandırdı ki, mən zərin  birini onun başına  vurdum və zər açıq qapıdan  o birisi otağa keçdi, nə qədər axtardıq tapa bilmədik. Bütün ailə  üzvlərimiz  zəri axtarsa da tapılmadı. Həmin qohum ilə yaş fərqimiz olsa da (ona görə adını yazmağı münasib  bilmədim) aramızda zarafatımız çoxdur və sanılı bir yaşıdıq. Mən ona  münasibətimizə uyğun tərzdə müraciət edib bildirdim ki, zəri belə tapmaq  mümkün deyil. Qoy o birisinidə başına vurum o zər gedib onu tapacaq və ondan razılıq almadan belə də etdim. Zər yenə də o birisi otağa keçdi. Axtaranda gördük ki, polun kənarında  vurulmuş plintusun deşiyi olub, birinci zər ora düşübmüş. İkinci zərdə gedib həmin deşiyə düşüb və üst-üstə durub, ikincini götürəndə altında həmin zər göründü və hamı buna təəccüb etdi.
Heç kimin itkisi olmasın.

***
Bir gün əmim oğlu Ariflə Saloğlu stansiyası tərəfdən gəlirdik axşam idi. Yolun kənarından bir az uzaqda heyvan gözünə oxşayan göz parladı. Mən maşını saxlayıb ona tərəf getdim. Gördüm ki, bir baş toğlu (xırdabuynuzlu heyvan) sürüdən qalıb. Dedim ki, ay Arif  bunu bu gecə  çöl heyvanlardan biri yeyəcək, gəl tutub apararaq soraq edərik, sahibi çıxsa verərik, çıxmasada  bizimdi. Arif buna razı olmadı  və biz maşına minib yola düzəldik. Maşında  dedim ki, ay Arif  bunu allah bizə vermişdi, bizə qismət olmağa  qoymadın. Sən görəcəksən allah mənə yemək üçün öz payımı verəcək. 2-3 km  yol gəlmişdik qabağımıza  bir dovşan  çıxdı və özünü maşına elə çırpdı ki, gəl görəsən. Mən maşını saxlayanda gördüm ki, təkcə boğazı üzülüb, qanı axır, heç kəsməyədə ehtiyac yoxdur. Beləcə də dovşanı götürüb  maşına qoydum və  doğrudan da allah mənə verəcəyi payı əsirgəmədi.
Həmişə paylı-puşlu olun, ruzinizi allah versin.

***
Gürcüstanda olan  qohumlarımızdan  birinin qızı Qazax Kənd Təssərrüfatı texnikomunda  oxuyurdu. Hər 6-cı bazar günlərində Qaymaqlıya bizə gedirdi. Bir bazar kənddə gedəndə  anam mənə dedi ki, qız bizə gəlmədi görünür evlərinə gedib. Mən Qazax şəhərinə qayıdanda  qızı axtardım evdə olmadı, düşündüm ki, doğrudan da Gürcüstana  gedib. Həmin  gün qaynım Ramiz mənə dedi ki, gəl Gürcüstana -Rustavi şəhərinə gedək orada işim var. Mən qızdan narahat olduğum üçün  Marneuldan getməyi təklif etdim. O razılıq vermədi dedi gec olacaq, tez gedək qaydaq işim var. Mən ona  dedim ki, mən mütləq onlarla görüşməliyəm, ürəyimdə nigarançılıq var. Nə isə razılıq vermədiyindən  Rüstavi şəhərinə gedəsi olduq. Şəhərə çatmamış qabaqdan gələn yük maşınının arxa təkərindən çıxan daş  bizim  minik maşınının qabaq  şüşəsini tamamilə dağıtdı. Dedim ki, gedək şəhərdə yeni şüşə saldıraq şəhərdə saxlayıb bu işin  harda baş tuta  biləcəyini  soruşmaq  istəyirdik ki, yanımızda  bir QAZ-69 markalı avtomaşın saxladı və bizim maşının  qabaq şüşəsinin sındığını görüb öz dilimizdə  salam verib nə kömək lazımdır? -deyə soruşdu. (Maşınımızın dövlət nömrə nişanından azərbaycanlı olmağımızı bilib). Biz maşınımıza  şüşə saldırmaq  istəyirik dedik də, 15-20 dəqiqə  məni gözləyin gəlirəm söylədi. Belə də oldu. Tez bir vaxtda gəldi. Biriniz oturun mənimlə gedək şüşə alaq söylədi. Mən onun maşınına əyləşdim  və soruşdum ki, ay qadan alım  sən kimsən haralısan belə can-fəşanlıqla bizə yanaşırsan. O, bir millət deyilikmi, biz bir-birimizə nə gündə lazımıq söylədi. Dedim ki, bu sözlərinə görə çox sağol, ancaq elə bil bizim bir qohumluq, yaxınlıq əlaqəmiz var, gəl yaxından  tanış olaq.  Söylədi ki, mən Gürcüstanın  Dümanis rayonundanam. Bildirdim ki, mən həmin  rayondan heç kimi tanımıram. Bolnişdən, Marnueldən olsan tanıdığım şəxslər var idi. O, mənə  Marnueldən kimləri tanıyırsan deyə soruşdu? Mən qohumlardan birinin adını  demişdim ki, o mənə sən Qazax rayonundansanmı? - adınız nədir soruşdu. Mən cavabımda bəli, Qazaxdanam, adım isə Cavanşirdi söyləyəndə, maşını tez saxlayıb sən Səməd əmimin oğlu Canavşirsənmi dedi: Mən onun  dediklərini  təsdiq edən kimi, əmi məni bağışla sizin yanınızda qəbahət işim olub söylədi.Mən məəttəl qaldım bu nə iş idi, bu məni hardan tanıdı, nə demək istəyir?
Çox maraqlı bir görüşdür,sizə deyirəm ki, biz yaxın adamlarıq doğrudan da belə oldu. İndi de görüm  qəbahətli  işin nədən ibarətdir.Söylədi ki,dünən sizin qızınızı götürüb qaçmışam, məni bağışlayın.Elə bu axşam  ağsaqqallarımız yığışıb üzr istəmək üçün  sizin qohumlarınız gilə gedəcəklər.Donub qaldım və allah sizi xoşbəxt eləsin deyib  üz-gözündən öpdüm. Məni necə tanıdığını soruşdum.Söylədi ki, qızın Qazaxda ən yaxın qohumları,ona arxa  olanları siz olduğunuzu özü mənə söyləmişdi və mən sizi  qiyabi olaraq tanıyırdım.O, bizim qulluğumuzda  dayanaraq  maşınımızı düzəltdirdi və özümüzə də bir qonaqlıq  verib yola saldı.Oradan qayıdanda  kəndə - Qaymaqlıya  gəlib ailəmizə olduğu kimi söylədim.Mənə  inam gətirsələrdə  tam inanmadılar,elə bu işdə sənin əlin olub söylədilər.Gürcüstandakı qohumlarda məndən incidilər.Bu inciklik xeyli çəkdi və sonralar mənim sözümün düz  olduğunu anladılar və isti  münasibət bərpa olundu.
Hamıya Allahın isti münasibətini,qohumlu, əqrabalı  olmağını arzulayıram.

***
1983-84-cü illər idi. Öz minik maşınımla  ailəvi Yessintuki şəhərinə  gedirdik.Səhər yeməyi üçün maşını Kazbekə çatmamış gözəl bir yerdə  saxladım.Təbiəti bir az seyr edəndən sonra gördüm ki, elə yerlərdə  evlər tikiblər  ki, hər vaxt  yağış suları  təhlükə yarada bilər.Evlər müasir üslubda tikilsə də  dam örtüklərindən görünürdü ki, 20-25 il əvvəl  tikilmiş evlərdir. Hardasa 4-5 ev yan-yana  həmin sahədə tikilmişdir.Dedim ki,ay allah  bu ev sahiblərinin  ağlı yoxdurmu belə bir yerdə  tikiblər.Gec-tez bu evləri təhlükə bürüyəcəkdir.Həmin vaxtdan bir il keçir, yenədə həmin marşurutla Kurorta gedirəm.Həmin yerə həmişə olduğu kimi səhər tezdən  çatanda  magistiral yol  bağlanmışdı. Dedilər ki,gecə güclü yağış olub yolu dağıdıb.Bir neçə saat gözləməli olduq və nəhayət yol açılanda  həmin sahədən keçəndə  gördüm ki, heç orada evlərin olmasının  nişanəsi belə yoxdur.Həmin evlərin yeri sel sularından  sonra  yaranmış çaylaq  yerini  xatırlatmaqla qrunt suları axırdı. Sanki fida olduğum allah  mənə göstərdi ki, sən düşündüyün düz imiş, hadisəyə  öz gözlərinlə bax. Bu düşündüyümdə belə oldu.
Allah belə fəlakətlərdən hamını uzaq etsin.

***
Hərbi xidmətdə olanda Köçəskər kəndindən Tahir adlı bir nəfər mənimlə xidmətdə idi. Diviziyamız hərbi texnikanın nümayişinə tez-tez çıxırdı.Bir gün nümayiş sahəsində  mən bir qızıl üzük tapdım.Tahir dedi ki,gəl sataq pulunu yarı bölək.Mən dedim ki, niyə satırıq.Bu mənim qismətimdir,tapan mənəm.Allah qoysa birini də sən taparsan  oda sənin olar.Bu hadisədən təxminən  30-35 gün keçmişdi ki, hər ikimiz  icazəli şəkildə  Moskva şəhərinə  gəzintiyə  çıxmışdıq.Moskva çayı kənarında yerləşən  M.Qorki adına  parkda  gəzən zaman  Tahir  mənim  tapdığımdan çox gözəl  və bahalı bir üzük tapdı.Söylədim ki,görürsənmi  mən dedim  səndə tapdın,indi gəl sataq,  yarı bölək, deyərək bir az zarafatlaşdıq.
Hamınızın qismətinizi allah versin.

MusayevCavanşir Səməd oğlu

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV