adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 May 2017 21:07
16405
ŞOU-BİZNES
A- A+

İbrahim Erkal vəfat etdi

Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal vəfat edib.

Adalet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 1966-cı il oktyabrın 10-da Türkiyənin Ərzurum şəhərində anadan olan İ.Erkal müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bir ay əvvəl 50 yaşlı müğənni evinin avtoparkında huşsuz vəziyyətdə tapılmış və təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun beyninə qaz sızdığı məlum olub.