adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 May 2017 17:06
22809
ƏDƏBİYYAT
A- A+

“Evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm…”

Şuşaya gedə bilmirəm...

Bu halal yolnan, yoldaşnan

Şuşaya gedə bilmirəm.

Bir belə qohum-qardaşnan

Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik - türkük,

Tarixdə çoxuna görkük..!

Həsrətdə, dözümdə bərkik,

Şuşaya gedə bilmirəm...

Uduzduq nədə - bilirəm,

Bilirəm, dədə, bilirəm..!

Evimə gedə bilirəm,

Şuşaya gedə bilmirəm...

Şuşasız evim-evdimi?

Dözən mənəmmi, devdimi?

Kimə söyləyim dərdimi? -

Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü,

Dağına duman gəlirmi?

Xudu müəllim bilirmi? -

Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu,

Günahkar segahmı oldu?

Təbrizdən uzaqmı oldu?-

Şuşaya gedə bilmirəm.