adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 May 2017 17:45
14965
MARAQLI
A- A+

Amerika bu qadını axtarır

ABŞ Müdafiə Nazirliyi Suriyanın Rakka şəhərində yaşayan ingilis əsilli İŞİD terror təşkilatının döyüşçüsü olan qadını axtarır.

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, 49 yaşlı Salli Cones 2013-cü ildə terror təşkilatına qoşulmaq üçün Suriyaya gəlib. Bundan əvvəl isə o, rok ifaçısı olub.

O, 2015-ci ildə ABŞ-ın təşkil etdiyi hava hücumunda IŞİD üzvü olan əri Cüneyd Hüseyni itirib. Məlumatlara görə, hazırda Salli İŞİD-in hakeri kimi çalışır və ABŞ ordusuna qarşı xüsusi əməliyyatların hazırlanmasında iştirak edir. Onun qorunmaq üçün 11 yaşlı oğlu Coyonu canlı sipər olaraq istifadə etdiyi bildirilir.