adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 May 2017 22:37
28932
MARAQLI
A- A+

Parçaladığı cəsədlərdən özünə əşyalar düzəldirdi

"Məzar oğrusu" və ya "Dəri Üz" adları ilə də tanınan Edvard Gein ya da bilinən adı ilə Ed Gein ABŞ-ın gəlmiş keçmiş ən böyük qatili olaraq qəbul edilir.

Sayı bilinməyən insanın canına qıyan nekrofil xəstəsi Gein, məhkəmədə 15 adamın ölümündən məsul tutulur.

Öldürdüyü insanların çoxu qadın olan Edvard Geinin ən böyük həzzi, insan dərisindən düzəldilən bir paltarı geyinib ay işığında rəqs etməyi idi...


Bir qatilə çevrilərkən: Anasına olan eşqi və pis keçən uşaqlığı

Gein dörd adamlıq bir ailədə böyüyür. Atası alkoqolik bir adam, anası isə qatı dindar, mental bir qadındı. Henri adında da bir də qardaşı olan Ed anasına eşqlə bağlıydı. Anası isə qadınların iyrənc və günahkar olduqlarını düşünür və uşaqlarını bu istiqamətdə öyrətməyə çalışırdı. Atası öldükdən sonra anasına olan eşqi daha da artan Edin həyatı sirli görünürdü. Qardaşı Henri anasının fikirləri, dini rituallarını qəbul etmirdi və evdən getmək fikrinə düşümüşdü. Fikrini qardaşı Edlə bölüşən Henri dediyinə peşman olur. Odunla başına zərbə alan Henri, bir neçə gün sonra samanlıqda yanmış şəkildə tapılır. Bu cinayəti Edin törədib-törətmədiyi heç vaxt bilinmir.


Cinsiyyətini dəyişdirməyi düşünürdü

Edvard anasının dindarlığını və nüfuzunu təqdir edirdi. Bu görə də həmişə onun kimi olmaq istəmişdi. Bu istəyinin də ancaq cinsiyyətini dəyişdirməklə mümkün ola biləcəyini düşünürdü. Bir ara cinsiyyət orqanını kəsməyi də düşünürdü amma bunun ağrılı bir iş olacağını bilirdi.

Tez-tez cinsiyyət dəyişdirmə əməliyyatları ilə əlaqəli kitablar, Nasistlərin insan əti yediyi hekayələri oxuyur və çölə çıxmırdı.

Zaman keçdikcə, kitabların da təsiri ilə Ed insan antomiyasına maraq salır.


Anasının ölümündən sonra anatomiyaya marağı daha da artır

Edvardın anası 1945-ci ildə ölür. Anasının ölümündən sonra daha da yalnızlaşan Ed, onun otağının pəncərəsini taxtalarla bağlayır. Burası onun sallaqxanası olacaqdı.

O otaqda daim ibadət edir və anasının arxasından gözyaşı tökürdü. Anasının ölümünü heç cürə həzm edə bilmir, əzab çəkirdi. Bir tərəfdən də anası kimi olmaq, onun vücudu kimi bir vücuda sahib olmaq istəyirdi. Bunun üçün cinsiyyətini dəyişdirə bilməyəcəyini anlayan Gein anası kimi görünmək yerinə yenicə dəfn edilən meyitləri oğurlamağa başlayır. Bu meyitləri parçalayır və anotomiya ilə bağlı bilgisini bu cəsədlər üzərində test edirdi.


Anasını dirildə bilmədiyi üçün onun kimi olmağa qərar verir

Cəsəd oğurlamağı alışqanlıq halına gətirən Gein, artıq anatomiyanı tamamilə öyrənmişdi. 1954-cü ildə Merri Hoqan adlı bir qadını silahla vurur. Sonra onun 90 kiloluq cəsədini evinə aparır.

Cəsədi parçalayan Gein, anasına ən çox bənzəyən qadının dərisini soyur.

Bunu bir paltar kimi üstünə geyinib güzgüyə baxdığında anasını gördüyündən çox xoşbəxt olurdu. Saatlarca güzgüdə anasına bənzəyən özü ilə danışar, üzünə bir təbəssüm qonardı...


Edvard getdikcə iradəsini itirməyə başlamışdı

Qadınlara olan marağı Geini getdikcə dəliləşdirirdi. Artıq oğurladığı cəsədlərlə cinsi əlaqəyə girir və dərilərini parçalayırdı.

1957-ci ildə ov mövsümü başladığı ilk gün kənddəki 58 yaşlı qadını öldürür. Daha sonra bu qadını da eyni şəkildə parçalayır və sonra təkrar təcavüz edirdi...


Parçaladığı cəsədlərdən özünə əşyalar düzəldirdi

Edvard Gein artıq cəsədləri sallaqxanaya yerləşdirə bilmirdi. Buna görə də meyitləri bağçada basdırmağa başlamışdı. Bu isə təhlükəli idi. Ətrafda diqqət çəkirdi. Mütləq çarə tapmalı idi. Çünki cəsədlər tezliklə iylənir və onu narahat edirdi.

Tapdığı çarə isə fantastik idi. Cəsədlərdən eyni üstündəki paltarlar kimi əşyalar düzəltməyə başlamışdı. İnsan burnundan, dərisindən, döş gilələrindən, barmaqlardan özünə qolbaqlar, boyunbağılar, aksesuarlar düzəldirdi.


Şübhəli hərəkətləri polisi hərəkətə keçirir

1957-ci ildə işlədiyi son cinayətdən sonra ətrafda görünməyi, diqqət çəkdi. Şübhələr ona tərəf tuşlanmışdı. Bütün məhəllə sakinləri onun bir qatil ola biləcəyini danışırdı. Ancaq cəmiyyət içində çox incə və səssiz olduğu üçün insanlar bu dedi-qodulara inanmırdı. Özünə bu barədə zarafat edənlərə də sadəcə təbəssümlə qarşılıq verən Gein, axşamları cəsəd parçalayırdı.

Amma qəsəbənin müstəntiqi bu vəziyyəti bu qədər yumuşaq qəbul etmədi və günün birində Geini izlədi. Gördüklərinə inana bilməyən müstəntiq, həmin dəqiqə polisə zəng edir.

Məhkəmə qarşısına çıxan Gein hakimin qərarı ilə psixi xəstəxanaya yollanılır.

Xəstəxanada 5 il müddətində ağciyər serrozundan əziyyət çəkən Gein 1984-cü ildə ölür.