adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 May 2017 22:45
11301
ƏDƏBİYYAT
A- A+

Leonardo Da Vinçinin düşündürücü fikirləri

Əsasən "Mona Liza” əsərinin müəllifi kimi tanınan Leonar do Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir. İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan" tipinin ən parlaq nümayəndəsi olan - ensiklopedik alim ikinci minilliyin adamı hesab olunur. Onun həyat və yaradıcılığı dahiliyin parlaq nümunəsidir. Da Vinçinin dahiliyini sonunadək dərk etmək mümkün deyil.

Bir çox görkəmli yazıçı və tədqiqatçıları müxtəlif dövrlərdə öz kitablarında bu dahi şəxsiyyətdən bəhs edib. Amma heç kəs Leonardo Da Vinçinin sirlərini tamamilə açmağa nail ola bilməyib.

Adalet.az böyük mütəfəkkir və humanistin renessans sənəti, gözəllik və həyat haqqında dediyi düşündürücü aforizminlərini xatırlayıb.

Nüfuzuna əsaslanaraq mübahisə edən insan ağlını deyil, yaddaşını istifadə edir.

Yaxşı qərar yaxşı anlaşmadan doğur, yaxşı anlaşma yaxşı qaydalardan, yaxşı qaydalar isə yaxşı təcrübənin qızıdır, təcrübə isə bütün elmlərin və incəsənətin ortaq atasıdır.

Mənbəyə gedə bilən insan səhəngə doğru getməli deyil.

Təbiət hər şeyin qayğısına elə qalıb ki, sən hər yerdə öyrənmək üçün yeni nələrsə tapırsan.

Əgər rəssamlığı lal poeziya adlandırsan, onda rəssam da poeziyaya kor rəssamlıq deyəcək.

Gözəllik də bəzən naxələf işlərə xidmət edir.

Eşq bilikdən doğur. Nə qədər dərin bilərsək, o qədər sevərik.

Anlamaq üçün özümü məhv etdim. Anlamaq sevməyi unutmaqdır.

Rəsm gözə səslənir. Ruhun pəncərəsi də gözdür.

Avaranı çörəklə doyurmayın. Ona sadəcə fərziyyə verin, o, başqasına qara yaxmaq məharətindən imtina etməyəcək. O, həmişə öz vecsizliyinə bəraət qazandırmağa hazırdır.

Varlının məşhurluğu onun həyatı ilə birlikdə yox olur.

Orta statistik insan; Görmədən baxır, duymadan dinləyir, hiss etmədən toxunur, dad almadan yeyir, diqqət etmədən hərəkət edir, qoxuları ayırmadan nəfəs alır, düşünmədən danışır. Baxıb görməyənlərdən, danışıb qulaq asmayanlardan, toxunub hiss etməyənlərdən uzaq durun.

Əlin ruh və zəka ilə birgə çalışmadığı yerdə sənət ola bilməz.

Yaxşı və səmərəli keçən bir gün rahat yuxu gətirirsə, yaxşı keçən həyat da xoşbəxt ölüm gətirir.

İnsanın istəmədən yemək yeməyi sağlamlığa zərərli olduğu kimi, sevmədiyi işi görmək də yaddaşı məhv edir və yaddaş qəbul etdiyi heç bir şeyi yadda saxlamır.

Kiçik bir həqiqət böyük yalandan yaxşıdır.

Çəkdiyim hər rəsm öz həyatıma verdiyim bir sualdır.

Özündən şübhə etməyən sənətçi heç nəyə nail ola bilməz.

Gəncliyimdən bu yana ət yeyilməsinə qarşıyam. Bir gün insanların heyvanları öldürməsinin eynilə insan öldürmək kimi cinayət qəbul edəcəyinə inanıram.

Həyata dəyər verməyən ona layiq deyil.

Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir. publika.az