ANA SƏHİFƏ / AVTOMOBİL

Bakı sakinləri hansı avtomobilləri bəyənir ? - SORĞU

59335    |   2017-05-06 16:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Avtomobil almaq əksər insanların, xüsusilə də meqapolis sakinlərinin ən böyük arzusudur. Kimisi illərlə vəsait yığaraq, kimisi kredit yolu ilə avtomobil sahibi olmaq arzusunu gerçəkləşdirir. Bəs, Bakı sakinləri hansı avtomobil brendlərini bəyənir ?

Paytaxt sakinləri daha çox alman maşınlarına üstünlük verir. Hər on respondentdən təqribən beşdə biri (18 %) "Mercedes-Benz” markasını bəyənir. Digər alman avtomobili BMW sevərlər nisbətən azlıq təşkil edirlər (10 %). Üçüncü pillədə Cənubi Koreya istehsalı "Hyundai” və Rusiya istehsalı "Lada” qərarlaşıb ( hər biri 4 %). "Porsche”, "Range Rover”, "Lexus” və "Kia” sevərlər nisbətən azdır (hər biri 3 %). Sovet nostalgiyası çəkənlərin sevimliləri isə Zaparoje və Volqadır (hər biri 1 %). Əksəriyyət ümumiyyətlə sevimli avtomobilini seçməkdə çətinlik çəkir (31 %).

Bakı əhlinin böyük əksəriyyəti avtomobilin qara rəngdə olmasını tərcih edir (31 %). Respondentlərin dörddə biri isə ağ rəngdə olan avtomobilləri daha çox bəyənir (26 %). Metal və göy rəngli avtomobilləri bəyənənlər nisbətən azdır (hər biri 5 %). Fərqlilik sevənlər də az deyil. Belə ki, 4 % respondent qırmızı rəngi avtomobilə çox yaraşdırır.

Qeyd edək ki, sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.



İmza:
SON XƏBƏRLƏR
2017-08-20
2017-08-19


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK