adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 May 2017 10:22
18251
MARAQLI
A- A+

700 metr uzunluğunda Quran yazıldı – FOTO

Məşhur misirli xəttat Səad Məhəmməd 700 metr uzunluğundaQuran yazıbvə bunun dünyada ən böyük Quran əlyazması olduğunu söyləyir.

Adalet.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Səad Məhəmməd 3 il ərzində yazdığı Quranla Ginnesin Rerkordlar Kitabına düşməyə ümid edir. Lakin Məhəmməd kitaba düşmək üçün lazım olanmüraciəti etməyəpulu olmadığını söyləyərək yardım gözlədiyini deyib.

Səad Məhəmməd Misirin paytaxtı Qahirənin şimalındakı Belkina qəsəbəsində yaşayır.

İslami motivlərlə bəzədiyi Quranı yazmaq üçün kimsədən pul almadığını söyləyir.

Taxta bir qurğuya yerləşdirilən Quranın yazıldığı kağızın uzunluğu Nyu-Yorkun rəmzi olan göydələnlərdən biri -381 metrlik "Empire State Building”dən təqribən 2 dəfə artıqdır.

Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən qədim Quranı Özbəkistandadır. 655 ilində yazılan və Xəlifə Osmana aid olan Quranın bu günlərə 705 səhifəsi gəlib çatıb.

2012-ci ildə Əfqanıstanda 218 səhifəlik bir Quran dünyanın ən böyük əl yazması Quranıolaraq tanıdılmışdı.

2,2 -1,5 metr ölçülərindəki 500 kilo çəkisi olan Quran 21 keçinin dərisindən istifadə olunmaqla Türkiyədə cildlənmişdi.

Dünyanın ən kiçik Quranı isə Birləşmiş Ərəb Əmirliklərindədir. 5.1-8 santimetr ölçülərə sahib olan bu Quran 550 səhifədən ibarətdir.