adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 May 2017 18:25
21287
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir

Ölkəsindəki müharibədən qaçıb Türkiyəyə sığınan suriyalı mühacirlərin həyatı ilə bağlı film çəkilir.

Adalet.az-ın Axşam.az-a istinadən xəbərinə görə, "Yüzme öğreniyorum” adlanan film ər-arvad olan Ruksan və Hasanın həyatından bəhs edəcək. Baş rolları isə azərbaycanlı aktrisa Könül Nağıyeva və türkiyəliaktyor Ergün Kuyucu canlandıracaq. Filmin çəkilişləri İzmir və Ege dənizi sahillərində baş tutacaq.

K.Nağıyeva çəkiliş zamanı onu çətin anların gözlədiyini söyləyib. O bildirib ki, dəniz altında çəkiləcək səhnələr çox təhlükəlidir. Çünki son üç ildə Ege dənizində 500 adam boğulub. Filmin prodüseri və ssenari müəllifi Serpil Altındır. Çəkilişlərə iyunda başlanılacaq.

"Mühacir olmaq müharibədən xilas olub, canını qurtarmaq mənasını vermir. Milyona qədər insan evini tərk edib, daha çətin şərtlərdə yaşamağa başlayır. Səhər oyananda nələrlə qarşılaşacağını bilmirsən və həyat mübarizəsi aparırsan”, - deyəK.Nağıyeva rolu haqqında danışıb.