ONUN NƏVƏLİ DÜNYASI

FAİQ QİSMƏTOĞLU
70204 | 2017-05-05 15:25

… Dünyada çox gözəl, şirinvə bir-birini əvəz eləyə bilməyən qeyri-adi qüvvələr var. Və biz əvvəlcə düşünürükki, ata-anadan şirin və doğma heç nə yoxdur. Elə ki, ailə qururuq övladımız olur,baxırıq ki, övladımız baldan da şirindir. Bal kimi şirin övladımızın şirinliyindən,gözəlliyindən, ətirli nəfəsindən doymuruq. Sonradan isə balalarımız ailə qurur,öz həyatlarını yaşayır və dünyaya nəvələr gəlir. Bax, bu nəvələr də balalardan daşirin olur. O qədər şirin ki, onun nazından, işvəsindən, dəcəlliyindən doymaq olmur…

Mən ötən əsrin 70-ci illərindəntanıdığım istedadlı yazıçı-pubulisit, jurnalist Nizami Rəhmanlının nəvə sevgisinəlap məəttəl qalmışam. Axı dedim, nəvə çox şirindir və bu şirinlik adamın damağındanömrü boyu getmir. Elələri var ki, gecələr yatanda da nəvəsiylə yatır və nəvəsi dəbaşını onun sinəsinə qoyub babasının nağılına qulaq asır və bu nağıla qulaq asa-asaşirin yuxuya gedir. Dostum Nizami Rəhmanlı da nəvəsi Zeynəbi həddindən artıq çoxistəyir. Onun dörd nəvəsi var. Amma deyəsən Zeynəb balaca olduğuna görə, o dahaşirindir. Və bu şirinlik axırda «Sən mənimsən, Zeynəbim» şeirinin yazılmasına gətiribçıxarıb…

… İnsanı hər yaş dövründəyaşadan, onun qəlbində, ürəyində sabaha yaşama eşqini gücləndirən qeyri-adi anlarolur. O anlardan ən gözəli, ən yaddaqalanı nəvəli dünyadı. Yazıma heç də nəvələrləbaşlamağımız təsadüfi deyil. Mənim də iki nəvəm var – Sədaqət və Tunar. Mən də onlarlanəfəs alıram. Heç oğluma, qızıma elə sevgi göstərməmişəm. Amma yaşımın bu vaxtındaonları götürüb Bakının küçələrini ələk-vələk eləyirəm, Fəxri Xiyabana gedirəm, ŞəhidlərXiyabanını ziyarət eləyirik, ordan keçirikİçərişəhərə qalxırıq Qız qalasına. Və yenidən qayıdıb Qala qapısından çıxaraqköhnə kitab «pasajının» yanından «Tarqovu»lu küçəsiylə düz «Sahil» metrosuna qədərpiyada gəzirik. Yorulmuram…

Mənə elə gəlir ki, istedadlıyazar Nizami Rəhmanlının elə qəlbinə, ürəyinə ilham verən də bu nəvələridi. Onunüç övladı da var. Allah hamısını saxlasın, canlarını sağ eləsin. Və nəvə əkdiyinağacın meyvəsidir. Bunu mən demirəm. Bunu kimsə deyibsə, çox ağıllı adamdı…

Nizami müəllimlə ötən əsrin70-ci illərində tanış olmuşam. Onda mən Azərbaycan Dövlət Universitetinin (indikiBDU) jurnalistika fakültəsində oxuyurdum. Və tez-tez Dövlət Televiziya və RadioVerilişləri Komitəsinə gedirdik. Yazdığımız müxtəlif süjetləri redaksiyalara aparırdıq.Bəziləri bizə yuxarıdan aşağı baxsa da, amma sevgiylə, məhəbbətlə və diqqətlə yanaşanlar da vardı: Dəmir Gədəbəyli,Mürsəl Cavadov, Mailə Muradxanlı və Nizami Rəhmanlı. Bir gün məktublar şöbəsinəyolum düşdü və orda da Nizami müəllimlə tanış oldum. Sadə bir peşə adamından zarisovkayazmışdım. O yazıma gözə gəzdirdi və gördüm ki, nəsə razı qaldı. Sonra başını qaldırıbdedi ki, iki gündən sonra «Əlvan sətirlər»də yazın səslənəcək. Çox böyük həvəslə iki gündən sonra radionun yanını kəsdirdim vəefirdə həmin yazım diktorun ifasında çox gözəl səsləndi. Uçmağa qanadım olmadı.Sabahı gün Nizami mülləllimin yanına gəldim və öz minnətdarlığımı bildirdim. O isəözünəməxsus bir təvazökarlıqla dedi:

- Biz də tələbə olmuşuq.Nə vaxt yazın oldu çəkinib eləmə, gətir ver mənə, efirə hazırlayacağam. Sənin kimiistedadlı tələbələrə həmişə «yaşıl işıqdı».

Həqiqətən də bizə həminkomitədə adını çəkdiyim və çəkmədiyim bəzi redaktorlar, yazarlar çox münbit şəraityaratmışdılar. Özü də süjetlərimizə yaxşı qonorar yazırdılar. Zarafat deyil, tələbəolasan, 70-80 manat hər ay qonorar alasan. Qonorar da o qədər şirin olurdu ki, heçxərcləməklə qurtarmırdı.

Nizami Rəhmanlı 1952-ciilin mayın 5-də Dəvəçi rayonunun (indiki Şabran) Orta Əmirxanlı kəndində ziyalıailəsində dünyaya gəlib. Atası Sədri kişi coğrafiya-biologiya müəllimi işləyib.Anası isə riyaziyyat müəllimi olub. Düz27 il məktəb direktoru vəzifəsində çalışıb və həmişə də müxtəlif dövlət qurumlarınınsəmərəli fəaliyyətinə görə mükafatlarınalayiq görülüb.

Təbii ki, belə bir ziyalıailəsində Nizami ilk növbədə elmə, kitaba böyük həvəs göstərməli idi. Elə bu həvəsdə onu zaman-zaman formalaşdırdı və Azərbaycan Dövlət Universitetinə gətirdi. Universitetibitirib layiqli mövqe tutdu. İxtisasına uyğun müxtəlif kütləvi informasiya vasitələrindəçalışıb. O mənim yadımda ən çox televiziya və radio əməkdaşı kimi qalıb. Əgər NizamiRəhmanlının işlədiyi və çalışdığı mətbuatorqanlarının adını çəksək uzun bir siyahı alınar. O harda əlinə qələm alıbsa, ordada istedadı, müxtəlif janrlı yazılarıyla fərqlənib. Daha doğrusu, onu oxucularıtanıyıblar. İmzanı tanıtdırmaq, oxucuya sevdirmək hər jurnalistə nəsib olan dəyərdeyil. Nizami Rəhmanlı yaşadığı ömrü çox şərəflə, zəhmətlə və əziyyətlə adlayıb.Ömrün hər anında, hər ilində, hər ayında onun alın tərinin, çəkdiyi zəhmətin izləriqalıb…

Bu istedadlı yazar müxtəlifmətbuat orqanlarında çalışmaqla yanaşı, kitab nəşrinə də xüsusi diqqət verib. Yəniadamın qəlbi, ürəyi dolu olanda istər-istəməz içindəki o alovu, odu, enerjini yazıyaçevirərək oxucuya çatdırmaq istəyir. Və Nizami Rəhmanlının ən böyük zəhməti ondanibarətdir ki, o yazdıqlarını həm də kitab şəklinə salmağı bacarıb. Onun nə az, nəçox indiyə kimi 15 kitabı işıq üzü görüb.

O mənə dostum Əbülfət Mədətoğlundanbir neçə kitab göndərib. Göndərdiyin kitabların hər birini vərəqlədim və hər birindəistedadıl publisistin ürək çırpıntılarını, xalqa, millətə, vətənə olan sevgisiniduydum. Mən bu sevgini onun qələm aldığı «Talelər çələngi, «Dolaşdım kəndi, şəhəri..»,«Azərbaycan yurdum mənim», «Dünya bir pəncərədir», «Həqiqət yolu», «Tanınanlar,tanıdanlar», «Bu şəhərdə doğma kimsə var» kitablarında bir daha dərindən hiss etdim.Dərindən hiss etdim ki, Nizami Rəhmanlının çox böyük ürəyi, gözəl dil və üslubuvar. Nəyi qələmə alırsa, orda hər şey özükimi səmimidi. Bu gün isə biz dünyada səmimi və sədaqətli insanların qıtlığını çəkirik.

Nizami Rəhmanlı bir çoxyazılarını və kitablarını qələmə almaq üçün Rusiyanın şəhərlərini gəzib dolaşıb. Qış günündə isə o yerlərə getmək,mənfi 40 dərəcə şaxtada həmyerlilərini tapmaq və yazı qələmə almaq məncə hər oğulunişi deyil. O çətinliyə, o zəhmətə ancaq bu cür ziyalılar, yazarlar dözə bilərlər.Özü də bayaq dediyim kimi, yazıların hamısı öz rəngarəngliyi və dil-üslub xüsusiyyətləri ilə oxucunu özünə çəkir. Bu isəyazarın ən gözəl xüsusiyyətlərindəndir.

Mən həmişə onu görəndə sankiyaxın bir doğmamla üzləşirəm. Çox vaxt mənə yeznə deyir. Amma onu da deyir ki, mənsəni yeznə kimi çox istəmirəm. Səni qələmə aldığım səmimi yazılarına və ağayanahərəkətlərinə görə çox istəyirəm. O mənim Dəvəçidəki yaxın qohumlarımla, xüsusəndə uzun müddət məhkəmə sistemində hakim işləmiş rəhmətlik Məmməd Kərimovla dostluqeləyib. Və həmişə də Nizami müəllim Rəhimlikəndindən, Məmməd Kərimovdan danışanda görürəm ki, gözləri dolur. Ən azından onagörə ki, Nizami Rəhmanlı heç vaxt çörək itirən, yaxşılıq unudan ziyalı deyil. Onəinki Məmməd Kərimovla çörək kəsib, həm də dostluq eləyib. Dostluq isə çox şeydeyir…

Bu gün Nizami RəhmanlınınAğacəfər Həsənli kimi çox təmiz və istedadlı dostu var. Ağacəfər elə-belə oğlan deyil. O çox istedadlı, səmimi bir yazardır. Vaqif Bəhmənlinin,Vaqif Bayatılı Odərin, Ramiz Rövşənin dostları da həmişə duru, saf adamlar olublar.Və mənə elə gəlir ki, əgər Nizami Rəhmanlı Ağacəfər Həsənli kimi bir duru ziyalıyladostluq edirsə, daha başqa şey danışmağa ehtiyac qalmır…

O, yazır ki, hər gün15-20 səhifə kitab oxuyuram. Mən bunun özüm də şahidi olmuşam. Nizami Rəhmanlı nəinkikitab oxuyur. O müxtəlif dövrü mətbuatı davamlı olaraq izləyir. Aqil Abbasın, HidayətElvüsalın, Ağacəfər Həsənlinin… digərlərinin qələmə aldığı hər bir bədii əsəri böyüksevgi və məhəbbətlə mütaliə eləyir…

Mayın 5-də Nizami Rəhmanlının65 yaşı tamam olub. Bu yaş həm müdriklik yaşıdı, həm də ağsaqqallıq vaxtıdı.Mən onu tanıyandan həmişə Nizami Rəhmanlıdaağayanalıq, müdriklik və ağsaqqallıq görmüşəm. Görmüşəm ki, süfrəsinin başında əyləşənlər də, onunla söhbət eləyənlərdənləyaqətli, saf və əxlaqlı ziyalılardı. Bu gözəl gündə bir daha Nizami qardaşımızıtəbrik eləyirik və deyirik:

- Allah sənə can sağlığıversin! Və bir də arzularını, istəklərini çin eləsin! Nəvəli dünyan səni qocalmağa,yorulmağa qoymasın! Qələmin iti olsun, ürəyin isə bax beləcə cavan qalsın! Ürəkcavan qalanda o heç vaxt qocalmaq və yorulmaq bilmir…


TƏQVİM / ARXİV