adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 May 2017 16:35
16886
ƏDƏBİYYAT
A- A+

İranda türkmən şairinin yubiley mərasimi ləğv olundu

Məşhur türkmən şairi Məhtimqulunun xatirəsinə həsr olunmuş yubiley mərasimi ləğv olunub.

Adalet.az xəbər verir ki, buna səbəb çoxsaylı insan tələfatı ilə nəticələnən Azadşəhr kömür mədənində baş verən partlayışdır.

Mərasim icraçıları hadisə zamanı həyatını itirən insanların xatirəsinə hörmət əlaməti olaraq təntənəli mərasimin keçirilməsini uyğun görməyib və yubileyi təxirə salıblar.

Xatırladaq ki, türkmən şair Məhtimqulunun 800-cü ildönümü ilə bağlı yubiley mərasiminin aprelin 27-də doğulduğu Hacıqoşan kəndində keçirilməsi nəzərdə tutulmuşdu. Mərasimə çox sayda ziyalı və incəsənət xadimlərinin iştirakı gözlənirdi.