adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 May 2017 16:49
22749
MƏDƏNİYYƏT
A- A+

Xalq artistinin 100 illiyi qeyd olunacaq

Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Adalet.az-ın məlumatına görə, tədbir iyunun 2-də saat 19.00-da gerçəkləşəcək.

Tədbirdə vaxtilə sənətkarla bir çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək.

Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, aparıcı əməkdar incəsənət xadimi İlham Rəhimlidir.

Teatrın foyesindəaktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.