adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 May 2017 13:41
19400
MƏDƏNİYYƏT
A- A+

Diana “Eurovision”a hazırdır: İki pillə irəliləyib

"Eurovision” təmsilçimizDihajın (Diana Hacıyeva) ikinci məşq prosesi başa çatıb.

Adalet.az xəbər verir ki, müğənni Beynəlxalq Sərgi Mərkəzinin səhnəsinə yenidən çıxıb. Bu məşq digərlərindən fərqlənib. Belə ki, yarışmanın rəsmi "YouTube” səhifəsi məşqdən çəkilən görüntülərin efir versiyasını yayımlayıb.

Onu birinci məşqdə olduğu kimi5 rəqqas müşayiət edib. Bundan əlavə, Diananın səhnədəki çıxışının tam versiyasını "Eurovision” fan-səhifələri paylaşıb.

Qeyd edək ki, Azərbaycan iki məşq prosesindən sonra ciddi irəliləyiş əldə edib.Dihajın çıxışı bukmeykerlərin proqnozuna görə 6-cı sırada qərarlaşıb.