Bakıda sürücü ilə tanışlıqdan imtina edən qadın döyülüb
Bakıda gecə saatlarında 41 yaşlı qadınla tanış olmaq istəyən şəxs onu döyüb.
Belə ki, Füzuli meydanının qarşısında 1976-cı il təvəllüdlü Günay Qurbanova yolu piyada keçərkən "Mercedes” markalı avtomobilin sürücüsü tanış olmaq üçün ondan telefon nömrəsini istəyib. Lakin qadın ona rədd cavabı verib.
Rədd edildiyi ilə barışmayan şəxs avtomobilindən enərək qadına yaxınlaşıb və onunla mübahisə edib. Daha sonra sürücü (hələlik adı açıqlanmır) onun üz nahiyəsinə bir neçə zərbə vurub. G.Qurbanovanın qulağı cırılıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19