adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 May 2017 12:19
19326
İQTİSADİYYAT
A- A+

Azərbaycanda bir neçə bank bağlana bilər - PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv olunmasını istisna etmir.

Adalet.az
-ın məlumatına görə, APA "Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fondun "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya” adlı icmalında deyilir.

"Azərbaycanda kapitallaşma və dövlət tərəfindən problemli kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər”, - deyə icmalda vurğulanıb.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11 bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 32-dir.