adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 May 2017 11:45
12884
ELM VƏ TƏHSİL
A- A+

700 bal toplayan Arzu, Cavad və Səbinə: Onlarla tanış olun – VİDEO

Qəbul imtahanlarında 3 abituriyent 700 bal toplayıb. Maksimum bal yığanlardan ikisi II, biri isə III ixtisas qrupu üzrə imtahan verib.

II ixtisas qrupu üzrə qəbul imtahanında Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev 700 bal toplayıblar.

Onlardan Arzu Məmmədzadə maksimum nəticə göstərən ilk ağcabədili abituriyentdir. O deyir ki, maksimum nəticə göstərəcəyinə hər zaman inanıb. Sınaq imtahanlarında da yüksək bal yığıb. 700 bal yığmaq xəbərini anasından alıb. Arzu təhsilini beynəlxalq münasibətlər fakültəsində davam etdirmək istəyir.

II ixtisas qrupu üzrə ən yüksək balı yığan digər abituriyent Cavad Əliyev isə həm dərslərə, həm də istirahətə kifayət qədər vaxt ayırdığını deyir. Lakin imtahan zamanı bir az çətinliklə üzləşdiyini bildirir.Cavad Əliyev isə iqtisadçı olmaq niyyətindədir.

III ixtisas qrupu üzrə 700 bal toplayan yeganə abituriyent isə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Səbinə İsmayılovadır. O yüksək nəticə gözləsə də, 700 bal yığacağına inanmadığını qeyd edir. Səbinə deyir ki, imtahana hazırlıqlar zamanı normal istirahət çox önəmlidir.Səbinə İsmayılova ya hüquqşünas, ya da filoloq olmaq istəyir.

Adalet.az Xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: