adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 May 2017 21:45
14812
KRİMİNAL
A- A+

Ötən gün 86 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər”lə açılıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər tutulub.