adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 May 2017 19:41
20002
İQTİSADİYYAT
A- A+

Azərbaycan Mərkəzi Bankı işçilərin sayını azaldıb

2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) işçi heyətinin sayı azalıb.

Adalet.az-ın məlumatına görə, APA AMB-nin "PricewaterhouseCoopers” şirkəti tərəfindən aparılan audit hesabatına istinadən xəbər verir ki, 31 dekabr 2016-cı il tarixinə bankın 594 işçisi olub.

Hesabatda deyilir ki, 2015-ci ildə tənzimləyicinin 646 nəfər işçisi var idi. Beləliklə, ötən il ərzində 52 nəfər AMB ilə yollarını ayırıb.

Qeyd edək ki, Azərbaycan ərazisində AMB-nin 6 ərazi idarəsi fəaliyyət göstərib.