ŞƏKLİ İLƏ DANIŞDIĞIM XATİRƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
62104 | 2017-05-04 17:04

O yaxasınaatasının medallarını taxıb

Qarşımda bir şəkilvar... Üç gündən artıqdı ki, bu şəkil masamın üstündədi... Amma mən o şəkləbircə dəfə baxdım... Baxdım və indi baxa bilmirəm. Çünki o şəkil o qədərsuallar yükləyib ki, baxışlarına, o qədər məsum bir formada cavablar gözləyirki, baxmaq olmur. Amma o şəkildə bir məqam da var. O da körpə qüruru, körpə vüqarıdı.

Hələ 4 yaşıtamam olmayıb Xatirənin. Amma onu az qala bütün Azərbaycan tanıyır. Onudoğulduğu bölgədə də, Samuxda da, Gəncədə də hamı ürəyinin bir parçası hesabedir. Çünki Xatirə bir ömrün nişanəsidi, bir ömrün xatirəsidi, bir sevgininyadigarıdı!.. Çünki Xatirə şəhid Fərman Əsədlinin ciyərparəsidi...…

Oxucularımızxatırlayar. Xatırlamayanların yaddaşına işıq salmaq üçün o günlərə qayıdıram -ötən ilin aprelinə. Aprel döyüşlərində biz özümüzü tanıdıq... biz özümüzü təkrardüşmənə göstərdik. Aprel döyüşlərindəbiz təkcə əsgər, zabit, döyüşçü yox, həm də vətən övladı, düşmən çəpəriolduğumuzu ortaya qoyduq. Bax, həmin aprel döyüşlərində Gəncədən Tərtərə bir"Niva" markalı maşın üz tutub gedirdi. Heç kimə heç nə demədən, heçkimdən tapşırıq, göstəriş almadan... Gücü, imkanı çatan ərzaq məhsullarındanyük tutmuşdu bu maşın, tələsirdi döyüşçülərnyanına... tələsirdi səngərdə duranların yanına maddi dəstək olsun... tələsirdiyaşıdı olan əsgərlərə desin ki, mən mülki vətəndaş olsam da, sənin yanındayam.Mən ordudan təxris olunmuş olsam belə sizinlə bir sıradayam. Bu səngər həm də mənimsəngərimdi... bu müharibə həm də mənim müharibəmdi!..

Səhərin gözüaçılar-açılmaz 3 yaşlı Xatirəsini öpüb evdən çıxan Fərman yaxın qohumu iləbirbaşa Tərtərə tələsəndə heç ağlına gətirmirdi ki, onun dodaqlarının izi Xatirəninsaçında, yanağında, bir də gözlərində qalacaqdı... Özü ilə böyüdəcək o izi...Özünə hopdurduğu ata nəfəsinisığallayıb, tumarlayıb ən əziz yadigar kimi yaşadacaq canında, qanında,ürəyində...

Bəli, Fərman Əsədliaprel döyüşlərində Tərtərdə mülki vətəndaş kimi şəhid oldu. Şəhidolacağını təsdiq etmək üçün ona ancaq Vətənsevgisi gərək idi. Həmin sevgi də Fərmanın şah damarından axıb bütün bədəniniözünə təslim etmişdi. O, bu sevgiylə yaşayırdı. Və bu sevginin də şəhidi oldu.

Mən Fərman Elçinoğlu Əsədlinin döyüş yolu haqqında hələ ötən ilin bu vaxtlarında "Ədalət"dəyazmışdım. Sonra telekanallarda, müxtəlif mətbu orqanlarda onun barəsindəoxudum, izlədim. Atası müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenantElçin Əsədovu Ağdamdakı xidməti dövründən tanıdığım üçün bu ailənin bütünhalları, bütün yaşantıları mənə bəllidi və mən bir gerçəyin də şahidiyəm. O daFərmanın anasının, xanımının, digər doğmalarının və nəhayət, onda 3 yaşı olanXatirəsinin dözümüdü. Bu insanlar şəhidlikzirvəsinə yüksələn Fərman üçün göynəsələr də, sızlasalar da, ürəkləriparam-parça olsa da, qürurlarına, vüqarlarına kölgə düşməsinə imkan vermədilər,ucada durdular. Uca övladlarının adınagüvənib, onun xidmətinə baxıb iç dünyalarında öyündülər.

Hə, bu məğrurluqvə bir də Fərmanın halal haqqı müəyyən zaman kəsiyindən sonra səpilmiş toxumkimi cücərməyə başladı. Öncə ona Samux rayon İcra Hakimiyyətinin təşəbbüsü, şəxsənicra başçısının qayğısı və diqqəti ilə şəhid statusu verildi. Bu şəhidimizin, yəniFərman Əsədlinin etiraf olunan ilk halal haqqı idi. Sonra müdafiə nazirimiz cənabZakir Həsənovun imzaladığı əmrlə Fərman Əsədli "Şücaətə görə" medalıilə təltif olundu. Bunun ardınca ona Gəncənin və Samuxun Qarabağ Əlillər Cəmiyyətiözünün fəxri medallarını təqdim etdilər. Bütün bunlar və barəsində yazılanlar,çəkilib göstərilənlər Fərmanın bir şəhid kimi kimsədən ummadığı, lakin halalcahaqqı olan mükafatlar idi. Gec də olsa həmin mükafatlar Fərmanın bu gün Xatirəsiböyüyən evin qapısını döydü...

Masamın üstündəkişəkil Xatirənin şəklidi. Yaxın zamanlarda 4 yaşı olacaq. Bu qızcığaz atasınaverilmiş medalları yaxasından asıb. Mən onun hansı hissləri keçirdiyini duymaqdaçox gücsüzəm. Etiraf edim ki, bu gücsüzlüyüm imkan vermir ki, o şəkillə söhbətedim. Amma özümdən asılı olmadan hər dəfə əlimi uzadıb masamın üstündəki o şəkiligötürüb öpürəm. Və mənə elə gəlir ki, həminan həm də qarşısında baş əydiyim Fərmanın ruhunu öpürəm. Çünki həmin o ruh həm o qızın özünə hopub, həm dəonun başının üzərində dayanmaqla öz kölgəsində böyüdür Xatirəni... Qürurlu, təmkinli,cəsarətli, bir az da şıltaq Xatirəni!

Mən masamınüstündəki şəkillə bağlı bu yazını yazmağa başlayanda ağlımdan gəlib keçdi ki, FərmanElçin oğlu Əsədlinin haqqını, hüququnu tanıyıb onun bir şəhid kimi gənc nəsiləörnək olmaq imtiyazını qəbul edən, rəsmiləşdirən, hər kəsə təşəkkürümü dəçatdırım - istər Samux və Gəncə şəhərdərində, istər ölkə rəhbərliyində... Deməkistəyirəm ki, bu gün Fərmanın xanımı, qızı, anası, xüsusilə müharibəni yaşamışzabit atası heç kimdən heç bir maddi yardım ummadan şəhid Fərman Əsədliyə göstəriləndiqqətdən məmnundular. Onların ürəklərində, yaddaşlarında yaşayan Fərman artıqAzərbaycanın hər bir ailəsinə aiddi. Onun şücaəti bütün Azərbaycan gəncliyinənümunədi. Deməli, bu cür oğulla fəxr etmək, onların Tanrıdan gələn haqqıdı.Eyni zamanda, şəhidin haqqını tanıyıb onu təsdiq etmək də səlahiyyət sahiblərininvəzifəsi olmaqla yanaşı, həm də içlərindəki vətəndaş sevgisinin diktəsidi.Yaxşı ki, bəzən gec olsa da hər kəsin haqqı tanınır. Və inanıram ki, günlərinbir günündə Xatirə atasının adını daşıyan məktəbdə oxuyacaq... atasının adınıdaşıyan küçə ilə keçib gedəcək... atasının adına məktəb kitablarında rast gələcək...Bütün bunlar mütləq olacaq!



TƏQVİM / ARXİV