adalet.az header logo
  • Bakı 20°C
04 May 2017 21:37
18448
ƏDƏBİYYAT
A- A+

Puşkinlə bağlı əsl həqiqət üzə çıxdı

Dünya şöhrətli rus şairi Aleksandr Puşkinin ana babası Afrika ölkəsi Çaddan olub..

Adalet.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Afrika Dillər İnstitutunun rəhbəri Viktor Porxomovski deyib.

O, Puşkinin ana babasının Efiopiyadan olması barədə deyilənləri təkzibləyib:

"Puşkinin babası Hannibal qul olaraq satılıb. Daha sonra Çar I Pyotra hədiyyə edilib. Hannibal Rusiyada kariyera qurub. Hər kəs onun Efiopiyada doğulduğunu deyir. Lakin 20 il əvvəl Konqodan olan tələbə belə nəticəyə gəlib: Hannibalın vətəni Çad gölünün ətrafıdır. Yerli feodalın övladı idi və insan tacirləri tərəfindən qaçırılmışdı. Daha sonra mən də bu məsələ ilə bağlı araşdırma apardım və o tələbənin dediyi öz təsdiqini tapdı”.