adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 May 2017 08:21
22722
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Bir gün ərlə arvadın bir uşağı olur. Uşaq neçə bir müddət danışmır. Bir ay keçir, hamısı oturanda uşaq birdən-birə "nənə" deyir. Hamı uşağın danışmağına görə sevinməyə başlamışkən evə zəng gəlir ki, uşağın nənəsi ölüb. Buna adi bir şey kimi baxırlar.
Bir az keçir, uşaq "baba" deyir, uşağın babası da ölür. Bundan sonra hamı qorxur ki, uşaq onun adın deməsin. Atası uşağa yalvarır ki, bala nə deyirsən de, "ata" demə. Uşaq ata deməyə başlayır. Atası ölməyə hazırlaşır və hamıynan görüşməyə başlayır. Birdən xəbər gəlir ki, qonşuları ölüb.
Kişi arvadını öpüb dəyir: "Sağ ol e arvad, ömründə birinci dəfədir ki, düz iş görmüsən".