adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 May 2017 21:00
13638
MƏDƏNİYYƏT
A- A+

Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, mayın 5-i, 6-sı və 7-də "Qızıl toy”, "Yağış göbələyinin macərası”, "O olmasın, bu olsun”, "Yatmış gözəl və cırtdanlar” və "Baladadaşın toy hamamı” tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlarının ifalarını izləyə biləcəklər.

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, mayın 6-da "Yağış göbələyinin macərası” rus dilində, 7-də isə "Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.