adalet.az header logo
  • Bakı 13°C
03 May 2017 15:19
17850
MƏDƏNİYYƏT
A- A+

ƏSA Teatrının premyerası baş tutdu

Əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutub.

Adalet.az xəbər verir ki, Uilyam Şekspirin "Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış "Yuxum” romantik komediyası 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda nümayiş olunub.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının "Yuxum” tamaşasının premyerası anşlaqla keçib. Mədəni və siyasi xadimlər, məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar o cümlədən bir çox səfirlik və dövlət qurumları ilə yanaşı nümayişi ümumilikdə 400-ə yaxın tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır.

Tamaşada səkkizi əlilliyi olan olmaqla, 15 aktyor iştirak edib.

Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də baş tutmuşdur. İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən olunub.

Fotoların müəllifi Famil Mahmudbəyli