adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 May 2017 11:10
20175
İQTİSADİYYAT
A- A+

Nağd pul kütləsinin həcmi açıqlandı

Azərbaycanda pul bazası bu il mayın 1-nə 7 mlrd. 628,1 mln. manat təşkil edib.

Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 350,6 mln. manat və yaxud 4,8% çoxdur.

İlin əvvəlinə nisbətən nağd pul kütləsi 232,4 mln. manat və yaxud 3% azalıb, son bir ildə isə 902 mln. manat və yaxud 13,4% artıb.