adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 May 2017 09:47
20615
İQTİSADİYYAT
A- A+

Bu avtomobillərin istismarına icazə verilməyəcək

Azərbaycanda elə nasaz avtomobillər var ki, texniki baxışa gəlməkdən yayınırlar.

Adalet.az-ın məlumatına görə, bunu Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, həmin avtomobillər istismara yararsızdır:

"O avtomobillər daha çox ətraf kəndlərdə, ucqar yerlərdə yaşayanlara məxsusdur. Deyirlər ki, "yola çıxmıram, kəndin içində sürürəm, texniki baxışdan keçməsəm də olar”. Belə avtomobillərdən kifayət qədər var. O avtomobillərin sahibləri bilirlər ki, texniki baxışa gəlsələr, həmin avtomobillərin texniki baxışdan keçməsi mümkün olmayacaq, ümumiyyətlə, istismarına icazə verilməyəcək. Ona görə də o avtomobillərin sahibləri həmin nəqliyyat vasitələrini texniki baxışdan yayındırırlar”.

K.Əliyev qeyd edib ki, elə avtomobillər istismardan çıxarılmalıdır:

"Onların eləsi var ki, görkəmindən saz avtomobilə oxşayır, mexaniki hissələrində də ciddi problem yoxdur. Amma həmin avtomobillərin metal hissəsi daxildən o qədər korroziyaya uğrayıb ki, heç bir zərbəyə davamlı deyil. Adi bir toqquşma ilə baş verən qəzada da görürsən ki, o avtomobildə qəzanın ağırlıq dərəcəsi daha yüksək olur. Yəni, təzə avtomobildəheç xəsarətlə də nəticələnməyən bir qəzadırsa, elə avtomobillərdə eyni formada qəza insan ölümünə gətirib çıxarır. Elə avtomobillərin istismardan çıxarılması daha məqsədəuyğundur. Bu isə həmin nəqliyyat vasitələrinin sahiblərinə güzəştli yeni avtomobillərin satılması və digər formalarda həyata keçirilə bilər”.