adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 May 2017 21:07
24123
MƏDƏNİYYƏT
A- A+

Məşhur əsər filmə çevrildi

Kafkanın hekayələrindəki məkanlar sadə və alleqorik olduğu üçün burdakı əhvalatlar hər yerdə baş tutmuş ola bilər.

Amma digər tərəfdən bu hekayələri Kafkanın qısa həyatını keçirdiyi XIX əsrin sonlarındakı – və XX əsrin əvvəlindəki – Mərkəzi Avropadan ayrı düşünmək olmaz.

Məkana və məkansızlığa bu cür sinxron bağlanmaq (Deyvid Foster Vollesin şərhinə görə, zarafatcıllıq, ya da ən azından konkret yumor anlayışı) Kafkanın əsərlərini cizgi film rejissorları üçün həmişə cazibədar edir. Kinematoqraflar realist Kafka ekranizasiyalarına cəhd edəndə sadəcə bədii yox, həm də mədəni mübadiləyə meyilli olurlar.

Hazırda uzun və məşhur Kafka əsərlərindən birinin üstündə işləyən rejissor Fran Estevezin "Çevrilməsi” Qreqor Zamzanın qəfildən böyük bir böcəyə çevrilməsinin hekayəsini İspaniyaya – ən azından ispan dilinə – adaptasiya edir. Cənubi Amerika və Avropada (Kafkanın doğulduğu bu günkü Çexiyada) xeyli mükafat qazanan bu film Kafkanın birinci şəxsin təkindəki sakit-qorxunc adam-böcəyə-çevrilir temasını sadə ağ-qara çəkilişlə və eskizlərlə birləşdirərək əsl xlostrofobik bir atmosfer yaradır.

Bəzən Tim Byörtonun ilk dönəm filmlərini xatırladan bu filmin quruluşu fantaziyanın nağılvari tərəfini üzə çıxardır. Amma axırda estetik qat yüksəlir və tamaşaçının baxış bucağını təkcə filmin geridə qalan 16 dəqiqəsi haqqında yox, Kafkanın hekayəsi barəsində də genişləndirir – əfsuslar olsun ki, zavallı Qreqor Zamza üçün axırı yenə də yaxşı olmur.