adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 May 2017 12:51
20922
KRİMİNAL
A- A+

Bakıda 30 yaşlı qadın bıçaqlanıb

Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb.

Adalet.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində yerləşən parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib.

S.Məhərrəmova xəstəxanada polislərə ilkin ifadəsində bildirib ki, parkda gəzərkən naməlum şəxs onun çantasını əlindən almaq istəyib. Qadın müqavimət göstərərkən bıçaqlanıb.

Xəstəxananın həkim-cərrahı Bəhram Zeynalov bildirib ki, S.Məhərrəmovanın vəziyyəti ağırdır. S.Məhərrəmova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.