adalet.az header logo
  • Bakı 13°C
01 May 2017 22:17
15745
KRİMİNAL
A- A+

Bazar günü 63 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər tutulub.