adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Taleyimi dəyişən qadın

RÜFƏT SOLTAN
354878 | 2017-05-02 20:00
Mən heçvaxt düşünməzdim ki, ali məktəbi bitirdikdən sonra 5 il öncə xəyallarıilə yaşadığım respublikanın ən nüfuzlu universitetində təhsil alacam. Hamımızyaxşı bilirik ki, arzular reallaşanda onlar bizə əvvəlki simasını bəxş etmir.Necə ki, bakalavr dönəmində xəyallarımda canlanan, lakin orada təhsil almaqqismət olmadığı digər bir ali təhsil ocağının təsviri solmağa başlayandabilməliydim ki, nə vaxtsa mən də bu gözə görünməzliyi gerçək bir hadisəyəçevirəcəm. Beləliklə təhsilimi həmin universitetdə davam etdirəsi oldum.

Beyninizi yormaqistəmirəm, keçək başqa bir hadisəyə. Hələ bakalavr pilləsinin 2-ci kursundaoxuyarkən… Yox hətta 1-ci kursun son günlərində qrup yoldaşım olan bir qızaaşiq oldum. Hər şey bunda sonra başladı. İlk baxışdan məni meh vurandaanladım ki, məhəbbətim əvvəlcə səbəbsiz məfhumata, daha sonra isə gərəksiz birromana çevriləcək. Əslində romanım sevdiyim o qızdan daha dəyərlidir.

Uzun sözün qısası,yaradıcılığa şeirlə başladım. Dəli aşiqə dönən vaxtlarda anlamışdım ki,Məcnunla Kərəm nə iztirablar çəkibmiş. Sevdiyim qızı bənzədirdim, amma tamşəkildə bilmirdim qələmə, yoxsa kağıza. Əsas odur ki, yazmaqdan heç vaxtyorulmamışam. İlk şeirim isə belə idi:

Gülüm, çiçəyimsənsən,

Ürəkdən sevirəm mən,

Leyli təksevdiyimsən,

Sevgimlə sevilmisən,

Taleyimin ismisən,

Aşiqə döndərmisən,

Ancaq səninləyəm mən.

Amma nədənsə hərşeirimin sonunda bu qafiyəsiz cümləni işlədərdim:

"Əgər bunu istəsən”

Bəli, bu şübhəmaxırda sevgimizin sonuna çıxdı. İndi həmin qız başqası ilə ailə həyatı qurub,mən isə artıq prezident təqaüdü alıram.

Kiçik bir qeydaparmaq istəyirəm. Zənn etməyin ki, mən şairəm. Qətiyyən, qız məni atıbgedəndən bəri həyatımı nəsrə bağlamışam. Ədəbiyyatçılar məni yaxşı başa düşər:Yaradıcılığa məhəbbətlə başlayanda sən heç bir vədə oturub hekayə yazmazsan.Əvvəlcə şeir, sonra seçim nəzm və ya nəsrə doğru sürüklənir. Yaradıcılığınqaydası belədir.

Bəs bayaqdan danışmaqistədiyim 2013-2014-cü illər arası dövr mənə nələr vəd edib?

Ötən ilin buvaxtı hərbi xidmətdən ilk çağırış vərəqəm gəldi və mən yollandım hərbikomissarlığa. Aidiyyəti üzrə içi mən qarışıq gələcək əsgərlərimizi kütləvi şəkildəsoyundurub "qıraq-bucağına” baxırdılar. Bədənimin sağ nahiyəsində baş boydayarığı görəndə həkimlərqorxuya düşdülər.Onların bu qorxusu məni də təlaşa salmadı desəm yalan olardı. Elə buzaman orada olan həkimlərdən biri qaçaraq yanıma gəldi,baxdı sonra göndərdi məni birbaşa xəstəxanaya. Adamın üstündə Allahı var, həkim bir az səbirli adam idi, həmdə azdan çoxdan savadlı olduğu hiss olunurdu. Baxdı, sorğu-sual elədi vəyekdilliklə qərar verdilər ki, "Bala sən bu çağırış dövrünü buraxası oldun”.Vallah nə yalan deyim, əslində həmin vaxt jurnalistika karyeramın başlanğıc dövrünətəsadüf etdiyi üçün çox üstünə getmədim, razılaşdım. ("Əsgərliyə getməkistəyirsən?” sualı ilə üzləşən gəncin də razılıq vermək haqqı var.) Ailədə dəmənə dəstək gələndə anladım ki, hələ çox işlər görməliyəm və məni hələsürprizlər gözləyir.

Əlqərəz.Vaxt fırlandı, həyatadlı karuseldə də mən fırlanırdım. Əyləncəli idi. Başımın gicəlləndiyi anlarolurdu. Üzümüzə gələn yay tətilini necə keçirəcəyimi əvvəlcədən təyinetməmişdim. Elə ona görə də heç bir tətil-falan olmadı. İsti qızmar dövrümünbir hissəsi Ramazana sərf olundu. Qalan aylar isə şəxsi yaradıcılığıma. İstəyirsinizgülün, amma mən evdən bayıra çıxmadan ağlıma gələnləri yazmağa davam edirdim.İcazə verin izah edim. Məsələn, hərbi çağırışın ilk buraxılışından azad olduğumdönəmi səmərəli keçirmək üçün yaradıcılıqla məşğul olmağa başladım. Yazdığımhekayələr, esselər, nə bilim cəhd etməyə çalışdığım yazılı həyat dərsləri (yersizməsləhətlər, taktikalar, planlar və oyunlar) nəzəri məsələləri əhatə edirdi.Ancaq bir məqam var idi – mən öz yazdıqlarımı fərqli nəsr əsərləri hesabedirdim. Çünki onların demək olar ki, hamısı hələ yaşamadığım həyatpraktikasını əhatə edirdi."Qarşılıqsız sevgi”adlıgeniş həcmli hekayəm də bu kateqoriyadan idi. Oxucularım etiraf edirlər ki, ənuğurlu hekayən məhz budur. Sevinə bilərəm. İnsan yazdıqca öyrənir. Mən dəyazandan sonra oxucuların əsərlərimə verdiyi dəyərləri görəndə anladım ki,onlar maraqlı süjet xəttinin axtarışındadırlar. Anladım ki, fəlsəfi romanlarniyə az satılır…

Camaat düz deyir də,dərəbəylikdi ki, bəyəm hər yerindən duran məsləhətvari kitab yazsın. Olmazbelə. Düzü, mən bizim ədəbiyyatımızda bəzi nüansları hələ "götürə” bilməmişəm.Məsələn, deyək ki, ədəbiyyatçılarımız niyə Varisi, Çingizi, yaxud Elxanı vəbunlar kimi detektiv və süjet xətti hazırlamaqla məşğul olan praktik yazarlarıtənqid edirlər. Həmin tənqidçilər arasında sorğu keçirəndə mənə aydın oldu ki,hələ heçə nə mənə aydın deyil. Azərbaycanda ədəbiyyat üçün yazanların oxucularüçün yazanlardan fərqini tam qavraya bilmədiyim üçün məhz belə bir sorğukeçirmişdim:"Ədəbiyyatçılar üçün yazırsınız, yoxsa oxucularüçün?..”

Sorğunun nəticəsinəgörə, əksər yazıçılar oxuculara tabedir. Amma onların arasında sırf özü üçün,təbiət üçün yazanlar da peyda olmuşdu. Təəccüblənmədim, normal qəbul etdim. Çünkimənə hələ heç nə aydın olmamışdı. Şəxsən mənim fikrimi soruşası olsanız, sadəcəonu deyə bilərəm ki, cəmiyyətdə oxucu təbəqəsi daha qalındır.

Ona görə də hələ birneçə ay öncə 2012-ci ildə (qızın məni atıb getdiyi dövrə təsadüf edir) başladımoxucular üçün yazmağa və ilk romanım çap olundu:"Qovuşduq ki,ayrılmayaq”. Sizdən nə gizlədim, yaradıcılığa yeni başlayan bir gəncyazar kimi tənqidləri həzm edə bilmirdim. Ona görə də 224 səhifəlik kitabımı"Primitiv başlanğıc” devizi altında ictimailəşdirməyə başladım. Daha sonramilli antologiyada hekayələrim yer aldı. Ardınca isə daha iki roman ərsəyəgəldi. Müsabiqələrdə iştirak edəsi oldum, ölkəmizin nüfuzlu qəzetlərindənbirinə işə düzəldim. Yazıçılar birliyinin üzvü oldum, prezident təqaüdünə layiqgörüldüm, bircə evim yox idi.

Əslində bu yazınıyazmaqda məqsədim odur ki, məni tanıyanlar arasında səbəbsiz yerə nifrətiniqazandığım insanların bu nifrəti adekvat sevgiyə və hörmətə çevrilsin. Mənimfəlsəfəm görünməz hallar üzərində qurulub. Məsələn, elə hesab edirəm ki, əgərqarşımdakı insanın mənə nifrət etməyinin səbəbini tapa bilmirəmsə, səbəb onunzəif nöqtəsi ilə bağlıdır. Həmin nöqtə isə mənim cəmiyyətdə tutduğum gizlinmövqeyimə söykənir. Mənim uğurlarımdan xəbəri olmayan bir şəxs təkbətək əyləşibmüxtəlif mövzularda söhbət etməklə əslində göstərməyə çalışır ki, Rüfətdənzəhləm gedir. Hətta imkanım olsa onun əttökən kitabını əlimə alıb parçalayaram,alçaldaram onu. Hərçənd o bilmir ki, mənə bu kitaba görə təqaüd veriblər. Vəbeləcə kitabın cırılmış vərəqləri yapışdıranla bərpa olunur və başlanılıroxunmağa. Eşq olsun!

Uşaq ikən tamamiləşərq tərbiyəsi almışam. Lakin böyüdükcə anladım ki, ayaqlarım şərqdədir, ancaqmən qərbə doğru uzanıram. Cəmiyyətdə də mövqeyim belə olub. Bunu dostlarım,həyatımda olan qadınlar daha yaxşı bilirlər.

Əlqərəz.Yay mövsümünü beləcəbaşa vurdum. Artıq hərbi xidmətə növbəti çağırışın vaxtı yaxınlaşırdı.Telefonuma zəng gəldi. Çağırdılar, soyundurdular, qorxdular və növbəti mövsümazadlığı.

"Ədalət”qəzetində gərgin iş prosesi gedirdi.Magistr təhsilim isə bir yandan maneçilik törədirdi. Həyat mübarizlərlədoludur deyib keçən də olurdu. Gündəlik fəaliyyət rejimim isə DƏRS-İŞ-EV.

Artıq gəncliyə qədəm qoyandaözüm üçün hesab etdiyim ən böyük uğurlardan biri məhz yuxarıdakı rejiməmalik olmağım idi. Çünki hazırkı dövrdə gənclərin əksəriyyəti bu cürhəyatı arzu edir. Digər tərəfdən isə yavaş-yavaş anlamağa başlayırdım ki, Tanrıniyə əvvəlki 4 il ərzində mənə çoxlu əziyyət verib. Nə olar ki, mən dəsizə bir az örnək olum. Mənə də sizin kimi gənclər örnək olduğu kimi.

İlk kitabım çıxandanbir müddət sonra maraqlanmağa başladılar ki, növbəti romanı nə vaxt yazacaqsan?Cavabım isə həmişə belə olurdu ki, gərək sevgi macərasını bir daha yaşayım ki,qırılmış qəlbimdən yazmaq üçün mürəkkəb axsın.

Və beləliklə növbətiromanımı yazıb bitirdim. Lakin budəfəki tamam fərqli janrda – Xatirə – məktubjanrında yazılmışdı. Sevdiyim qıza sevgimi bütünlüklə etiraf etsəm də, damazlıqməqamlar da var idi. Onu kəskin tənqid etmişdim. Yəqin oxuduqca məni sevməyəbaşlayan qadın qəfildən qüssəyə qapılır və nəticədə onun həyatında olanmövqeyimi itirmiş oluram. Bilirsiniz, uzaqgörənlik etmək niyyətim yoxdur, ammamən çox vaxt yaxşılığa doğru apara bilmədiklərimi öncədən hiss edirəm və hərşey pis sonluqla başa çatır. Deyəcəksiz ki, bəs niyə həmin sonluğun başverməsinə şərait yardırsan? Cavabım isə çox sadədir, kitab yazmaq üçün.

Həyatımı məqsədsizşəkildə kitab yazmağa həsr etmişəm. Bilirəm ki, illərdir yetişə bilmədiyimsevgi də bir gün xəbərim olmadan evimə girəcək. Barəsində kitab yazmadığım şəxsmənim qəlbimdə yerini tutan insandır. Gələcək barədə proqnoz verə bilmərəm,amma hal-hazırda vəziyyət bu cürədir. Jurnalistika fəaliyyətinə başlayandansonra özümə müəllim hesab etdiyim tanınmış peşəkar jurnalist Ceyhun Musaoğluhələ "Ədalət” qəzetində onunla ilk tanışlığım zamanı yazıçı olduğumu biləndədedi ki, jurnalistika səni hekayə yazmağa qoymayacaq. Açığı burada bir məntiq görmürdüm,lakin üzərindən bir müddət keçəndə"Dostun.wordpress.com”da yer alan hekayə qıtlığı hərşeyi mənə izah etdi. Amma bir hadisəni də özümdə kəşf etmişdim. Maneələrhəmişə var, amma yazıçı həmişə yazıçıdır.

Uşaq vaxtı pianonunsəsi məni valeh edirdi. Amma qeyri-müəyyən səbəblərdən həmin aləti öyrənəbilmədim. Lakin indi pianinonun sədaları altında yazıram. Bəlkə də işinqeyri-müəyyənlik özülü elə bundadır.

Əlqərəz.Qış fəslində qar topuoynayırdıq. Sonra qaçıb sığınırdım isti sobanın qırağına və Kafkanın atasınayazdığı məktubu oxuyurdum. Bəli həmin əsər Xatirə – məktub janrında yazılmışdı.Kafkanı bilmirəm, amma mən ikinci romanımı əvvəlkindən fərqli olaraq dahaçox düşüncələrə yer verərək yazmışam. Ürəyim buna görə bir ara incimişdi, sonrahər şey yoluna düşdü. Yaradıcı insanlar bəzən real həyatın özündə dəromantikliyini nümayiş etdirir. Bizim üçün həyat bir filmdir, epizodları özümüzyaradırıq. Mən isə həmin epizoda dostumu da əlavə edib ikinci kitabımı ithafetdiyim sevgilimə göndərdim. Guya mən özüm hərbi xidmətə yollanmışam. Filmdə ənçox yazığım gələn insan dostum olmuşdu. Qışın soyuğunda lazımıydı ona bu?

Mənə xəbər çatdı ki,qız həmin əsəri bir günə oxuyub bitirib. Sabahısı gün mənə zəng edəndə özümüdərhal rola salıb zəngə cavab vermədim. Düşünürdüm ki, adətən filmlərdə beləolur. Amma sən demə Allah üzümə baxıbmış, qız bir müddət sonra ara sakitləşəndəmənə demişdi ki, yaxşı ki o vaxtı telefona cavab verməmişəm, yoxsa ürəksözlərini yeni il qabağı mənə çatdıracaqdı. Beləcə, biz bir-birimizi sevməyəbaşladıq.

Növbəti çağırışa vədəyetişdi. Bununla bərabər,qeyri-məchul nələrinsə ortaya çıxacağını hissedirdim. Bu dəfə də heç bir irəliləyiş baş vermədi. Qışın sonlarındagözlənilmədən əməliyyat olundum. Ağır vaxtlar idi. İyul ayında görüşənədək…

Əlqərəz.Xəbər portallarındajurnalistika fəaliyyətimlə bərabər adminlik fəaliyyətimi genişləndirməyə davamedirdim. Bunu da özümə uğur hesab edirəm. Çünki ilk addımı"Dostun.wordpress.com”adlı web blog açmaqlaatmışdım. Bloggerlər də yaxşı bilirlər ki, hər hansı bir internet saytı iləblogların oxşar cəhətləri çoxdur. İstər ana səhifədəki görüntü strukturu,istərsə də panel quruluşunda oxşarlıqlar və eyniliklər kifayət qədərdir.Adalet.azsaytına admin olandan bəri işlərimigenişləndirməyə başladım. Fəaliyyətim boyunca təkmilləşmə və proqressivaddımlar artırdı. May ayından etibarən artıq eyni anda iki xəbərportalına baş adminlik edirdim. Siyahıma yenicə daxil olmuş, Nicat Dağlarınrəhbərliyi altında qısa zamanda populyarlıq qazanan"AzerFax”xəbər agentliyi mənimtəkmilləşmə kursumun ən ümdə və ali pilləsinə tuş gəldi. Sevinirəm.

İnsanlar bir-birilərinədəstək olmaq üçün yaşayırlar. Mənə dəstək duran insanlara minnətdaram.

Rüfət Soltan

TƏQVİM / ARXİV